logo beyaz
Blog - Elə bil adam öldürmüşəm..
Blog | ^ЦаЦа^ | Elə bil adam öldürmüşəm..
Gülüşümü yatızdırıb gəlmişəm, tez getməliyəm.
Hələ körpədir, südəmər.
Kədərimi durquzub gətirmişəm,
Böyükdür, ərköyün öyrətmişəm.
Niyə elə baxırsan mənə?
Elə bil adam öldürmüşəm..
Nə olsun e,
Sən məni sevirsən deyə, mən də səni sevməliyəm?
Nə olsun e,
Evin tək uşağıyam,
Amma gəl gör, evin heç uşağı yoxdur.
Mən atamı sevirəm deyə,
Atam da məni sevməlidir?
Niyə elə baxırsan mənə
Elə bil adam öldürmüşəm..
Getməliyəm gülməyim gəlir,
Aparmalıyam kədərim səni,
Sənin ki, ölməyin gəlir.
« Əvvəlki (492 - 8032) Növbəti »
Yaradıldı: 14 Dekabr 2019 Saat 21:29
Reytinq: 5
[ 5] [ 10]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | ^ЦаЦа^ | Elə bil adam öldürmüşəm..
Ana Sehife
Saytda: 14 & 135 Qaydalar
comp WEB Versiya