Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən. 28 Noyabr 2023 Saat 01:30
5 5 lövhəsi (752)
Hələ ki, blog yazısı yazmayıb...
sevgi [0](28 İyun Saat:
05:33)
Yaser_tenha
(15 Avqust 2023 Saat 22:24)
Əvvəllər xəyala inanmırdın heç
İndi möcüzəmə olmusan şərik.
Gəl mənim arzumdan birini sən seç
Bəlkə qismət olar, biz görüşərik.
Ruhum ilahidən ilham alanda
Hiss edəm saçının ətrini, gülüm.
Axı nə fərqi var, sən olmayanda
Ya gəlsin yaşamaq, ya gəlsin ölüm.
Axtarma, xəyalım sənlə əl-ələ,
Hər səhər şeh düşən göy çəməndədir.
Daha istəmirəm ev bundan belə,
Sən mənim evimsən, evim səndədir.
Girib ürəyimin gül baxçasına,
Eşqimin çiçəyin sənmi dərmisən?
Baxmayım dünyada bir başqasına,
Mənə bir rəsmini göndərərmisən?
Orda nəfəsimlə nəfəs alırsan
Salıb ürəyinə şairin adın.
Sən məndən uzaqda necə qalırsan,
Məni möcüzəylə gözləyən qadın
Yaser_tenha
(14 Avqust 2023 Saat 16:48)
Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.
Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.
Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.
Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram
ANJELINA
(26 Dekabr 2017 Saat 11:37)
Bu şeirlər sənindir ?
Sensiz_Awk
(28 Iyun 2017 Saat 15:22)
Yaser_tenha, Salam qaqa bu status qoydugunuz sekili mene burad mms yollaya bilersiz?
Yaser_tenha
(14 Iyun 2017 Saat 10:40)
Sade Ol Sade Dolan El Tanisun Sade Seni Sadelik Sade Eder Sadedende Sade Seni....