Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən. 28 Noyabr 2023 Saat 01:30
5 3 lövhəsi (752)
Hələ ki, blog yazısı yazmayıb...
sevgi [0](28 İyun Saat:
05:33)
Yaser_tenha
(25 Avqust 2023 Saat 01:39)
Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm,
Güllü nağıllara getməsin ağlın.
Sənin həqiqətin, gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdir,
Əgər sən varsansa bu yer üzündə
Dünya başdan-başa güldür, çiçəkdir.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi, çiçəyə döndər,
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər…
Yaser_tenha
(20 Avqust 2023 Saat 00:48)
Yuxuma gəlirsən gecə yarısı,
Gətirir xəyalın dada yuxumu. Səhər də xatirən batır gözümə.
Burax həm yaxamı, həm də yuxumu...
Sən qara gözlüsən, mən qara bəxtəm. Qazı əllərindən izimi, qazı! Bir yolluq qürbətin gir yatağına, ki məni düşünmə, ölür bu yazıq...
Çiynimdə qǝm dolu bir ömür yükü, Ümidlər xəzəltək yox olur, ay qız. Ruhum həsrətinə göz yaşı tökür, Yoxluğun içimdə çoxalır, ay qız...
Bir sevgda can verir,toxunma, boş ver, Dəfn et tabutunu bu eşqimizin. Süz mənə,süz mənə gözündən yaş ver, Ataq arxasınca su eşqimizin...
Yaser_tenha
(18 Avqust 2023 Saat 19:27)
Durub gözlərinə baxmaq istərəm,
O dərin baxışlar ruhumu alır.
Dəniz gözlərində batmaq istərəm,
Hər baxış qəlbimə dərin iz salır.
O saf təbəssümün dünyaya dəyər,
Günəş gülüşündən sanki nur alır.
Lalələr, nərgizlər sənə baş əyər,
Almaslar qarşında kölgə tək qalır.
Bütün musiqilər səsinlə susur,
Sən sussan sevgimiz nəfəssiz qalır.
Səsinlə bu ruhum tapır bir hüzur,
Hüzursuz həyatdan kim ləzzət alır?
Nə yaxşı qarşıma çıxmısan gülüm,
Səni hər görəndə, dərdim azalır.
Hava tək ömrümə axmısan gülüm,
Qəlbim saf sevginlə bil qidalanır.
Yaser_tenha
(17 Avqust 2023 Saat 00:15)
Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü, vallah
Yaser_tenha
(17 Avqust 2023 Saat 00:13)
Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan, burax əlimi,
Sevgi ayrılıqdan güclüdü, vallah.
Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü, vallah.
Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü, vallah.
Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan, inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.
Qorxu, intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü, vallah.
Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü, vallah.