KOBUD_CENAB
(2 May 2018 Saat 20:45)
Qızlara incədir,zərifdir dedik,
Ay qızlar incəlik hanı bəs sizdə.
Qızlara abırdır,ismətdir dedik,
Ay qızlar ,abır-ar hanı bəs sizdə.
Gah mənimlə danışır, mənimlə qalır,
Başqa bir oğlançun görərsə ölər
Unudar o, məni dalınca düşər,
Ay qızlar bəs cəfa hanı sizdə.
Puluna aldanıb vurulanlara ,
Çuluna aldanıb vurulanlara,
Sözünə aldanıb pozulanlara,
Deyirəm bəs mənlik hanı sizlərdə.
Əyninə geyməyə paltarmı yoxdur,
Tarağın açıqdır , göbəyin toxdur.
Əynində elə bil heç nəyin oxdur.
Abırlı paltarlar hanı sizlərdə.
Bilmirəm nəsiniz, siz nəçisiniz,
Qoruyun namusu görək sizlərdə.
Bu günün varısız, sabahın heçisiz
Isməti qoruyun görək sizlədə.
KOBUD_CENAB
(28 Aprel 2018 Saat 16:14)
Çevrildim sənsizlik xəstəsinə mən,
Yem oldum hicranın pəncəsinə mən,
Əyildim ayrılıq kəlməsinə mən,
Ürək ağlamasın, axı neyləsin?
Bəlkə də vaxtında gəlmədim sənə,
Sənin istəyini vermədim sənə,
Özümü sevdirə bilmədim sənə,
Ürək ağlamasın, axı neyləsin?
Nə edim ürəyim səni istəsə,
Xəyalın gecələr yuxuma girsə,
Qismət daha səni görməməkdirsə,
Ürək ağlamasın, axı neyləsin?
Məni tərk edirsən, tərk edirsən sən,
Arxanca baxıram, çıxıb gedirsən,
Səni ayrılığla dəyişirəm mən,
Ürək ağlamasın, axı neyləsin?
Sevgi göz yaşıyla cücərər, bitər,
Ömür sənsiz ötər, gün sənsiz ötər,
Sevib ayrı qalmaq ölümdən betər,
Ürək ağlamasın, axı neyləsin?