logo beyaz
Forum - Nece Deyisdi
Sevgi dünyası | Nece Deyisdi
Mövzu: Qəlbində olanı deməzdi dildə,
Onun bu adəti yadıma düşüb.
Nəysə maraqlıdı, bu neçə ildə,
Görən həyatında nələr dəyişib.?
Bu qəmli gözləri qurutmamışam.
Gözümü yollara hər gün dikirəm.
Görəsən bilirmi unutmamışam ?
Görəsən bilirmi nələr çəkirəm...?
Anladım sevgidən doymadığımı
Məni də o etdi sevgi hərisi.
Gözündən öpməyə qıymadığımı,
Görəsən öpürmü özgə birisi...?
Görəsən itirdim ağlımı yəni.?
Bəs nədir qəlbimi belə çaşdıran...
Görəsən odurmu hər gecə məni,
Bu qədər ölümə yaxınlaşdıran...?
Axır ki anladım son həqiqəti...
O gözəl,bu filmin oyunçusudu.
Görəsən ömrümün ilk məhəbbəti,
Kimin həyatının sonuncusudu...?
Həmən o yuxudan oyanardım gec,
O sənli günlərim olsaydı yuxu.
Demişdin mən səni unutmaram heç...
Görəsən nə oldu,unutdu axı...?
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 3 & 229 Qaydalar
comp WEB Versiya