logo beyaz
Forum - Ağac içində qəbiristanlığ.
_Ay _ParCaSi_ | Ağac içində qəbiristanlığ.
Mövzu: “Baobab” ağacları artıq uzun illərdir Afrikanın simvoluna çevrilib. Daha çox tropik ölkələrdə rast gəlinən bu bitkilər, çinar ağacına bənzəyən əsr ağaclarıdır. Budaqları ağac kökünə bənzəyən, kölgəsi isə olmayan bu ağaclar, lay olduğu üçün ağac sənayesinə də uyğun gəlmir. Afrikada müqəddəs hesab edilən bu ağacların maraqlı bir hekayəsi var. Qeyd edək ki, quru qitə olan Afrikanın qərbində yerləşən Seneqalda, ölkənin bir faizini təşkil edən və animist mədəniyyətini davam etdirən “Serer” qəbiləsi, bir zamanlar xalq ozanlarını heybətli “Baobab” ağaclarında basdırırmış. Seneqalın Bantiya şəhərində olan “Baobab” ağaclarının gövdəsində, insanlara məxsus kəllə və sümüklər görsənir. 1960-cı ilə qədər davam edən bu adətin hekayəsi isə xeyli maraqlıdır. Məlumat üçün bildirək ki, gələcək nəsillərə şifahi mədəniyyəti izah edən xalq ozanları yəni “Giriyotlar”, əkinçiliklə məşğul olmadıqları üçün cəsədlərinin torpağa layiq olmadığını düşünür və qəbilə üzvləri tərəfindən “Baobab” ağacının koğuşlarına basdırılırdı. 1960-cı ilə qədər rəsmi olaraq ağac koğuşlarına basdırılma adəti qadağan edilməsə də, o tarixdən sonra yavaş-yavaş bu adət ləğv olunub. Hazırda keçmiş adətləri gələcək nəsillərə göstərmək üçün, Seneqalda bir neçə ağac mühafizə edilir.
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | _Ay _ParCaSi_
Ana Sehife
Saytda: 28 & Qaydalar
comp WEB Versiya
MobTop.az