ZARA^
(28 Aprel 2022 Saat 16:26)
MasaLL
(26 Aprel 2022 Saat 21:33)
Melina
(17 Aprel 2022 Saat 20:21)
Yaser_tenha
(24 Dekabr 2021 Saat 21:22)
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.