DÜNYA HƏR KƏSƏ YETƏCƏK QƏDƏR BÖYÜKDÜR. BAŞQASININ YERİNƏ GÖZ DİKMƏKDƏNSƏ, ÖZ YERİN HAQQINDA FİKİRLƏŞ...
5 Avatar
Birtərəfli sevdadan ürək yanıb alışar axı.
İntizarlı gözlərimin ağı qarasına qarışar axı.
Nə qədər, adam fikr eləyər, özü-özüylə danışar axı?
Bir sümüyəm, bir də dəri, onun amma yoxdur xəbəri.
---
Aqşin Fateh
0 Necə oldu bilmədim. Almısan ürəyimi.
Sahibi sənsən ancaq. Özgəyə yoxdu yeri.
Sənə ehtiyyacım var hava kimi, su kimi.
İki canım var mənim. Sən getsən, qalar biri.
0 Bunu oxuyan insan; səni tanımıram. Kimsən, nəçisən, hazırda kimlə, harada, nə edirsən bilmirəm. Tək bildiyim; bu dünyada yaşayan başqa hamı kimi səni sıxan bəzi şeylər olduğudur. Birincisi; yaşadığın hər nədirsə, o şeyin keçəcəyini yaddan çıxartma. İkincisi də; hər zaman dəyərli olduğunu bil. Son olaraq, bunu da yaddan çıxartma; sən nələrin öhdəsindən gəlmədin ki?
2 Nə qədər duysaq da DOST sözlərini
Tənhalıqdır açan kor gözlərini.
Dost dediklərimin iç üzlərini
Mən tənha qaldığım gün anlamışam.
***
Hər nə istədilər, keçə bilmədim.
Vaxtımı sərf etdim heçə. Bilmədim.
Yaxşını yamandan seçə bilmədim.
Bununçun özümü çox danlamışam.
***
İnamım əlimdən illəri alıb.
Pisliklər anbaan yadımda qalıb.
Özümü dövlətli cildinə salıb
Onlara suiqəsd planlamışam.
---
Müəllif Özüm. )))
2 Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. (Konfutsi)
0 Boşuna gözləmək etməyir kömək
Sadəcə ömürdən an alıb gedir.
Qəm, kədər harda var məni tapır tək.
Sevinc isə məndən yan alıb gedir.
***
Mənə gərək ondan qeyri nədirki.
Bəs onun barəmdə fikri nədir ki
Qanlı göz yaşının xeyri nədir ki.
Boş yerə cismimdən qan alıb gedir.
***
Nə sevgi əzabın bitirənim var,
Nə məni axtarıb-itirənim var,
Nə ondan bir ümid gətirənim var,
Nə Əzrail məndən can alıb gedir.
---
Müəllif: ÖZÜM ))
1 Axirət günü, insanlar əməllərindən çox, niyyətlərinə görə imtahana çəkiləcək. Çünki, bəzən əməllər məcburiyyətdən doğar. Bəzən, niyyəti yaxşı olan, istəmədən yanlış əmələ əl atar, niyyəti pis olan isə, yaxşı əməllərlə maskalanar.
2 Nifrət deyil içimdəki... İnad deyil etdiyim.
Bezmək deyil səssizliyim... Qaçmaq deyil getdiyim.
***
Eşqə qarşılıq istədim, mən ki, şirin dillərlə.
Olmayacaq bir duaya AMİN dedim illərlə.
***
Çoxdan çıxıb getməliydim. Tutmuş idim yolumu.
Sadəcə, bir ümid vardı. Bağladı əl-qolumu.
***
Artıq oyanmaq vaxtıdır. Bu nağılın yox ardı.
Biri vardı, biri yoxdu... Oldu, bitdi, qurtardı.
0 Yuxuma gələn gözəl,
Mələkmisən ya nəsən.
Nə olar, bircə dəfə
Həyatda rast gələsən.
-
Bu gecə kədərliydin.
Gözün dolmuşdu sənin.
Oyandım. Yastığımda
Telin qalmışdı sənin.
-
Həqiqətsən bilmirəm.
Ya doğurdan yuxusan?
Bəlkə ölən sevgimin
Sən narahat ruhusan.
-
Dünyan başqa dünyamı?
İnadım səni tapar.
Ya mənimlə qal, ya da
Məni özünlə apar.
Yuxuma gələn gözəl.
0 GEDƏN İTİRİR deyirlər. Əlbəttə elədir. Elə şeylər var ki, gərək yerli dibli elə itirəsən ki, bir də tapa bilməyəsən... )))
2 Heç vaxt SONRA EDƏRƏM deyə qərar verməyin. Bilirsiz niyə? Əşş. Sonra deyərəm niyə? ))
0 Gözəllik bir qəpiyə dəyməz, əgər onu bəyənən biri olmazsa.
0 Darıxma, ürəyim. O, sadəcə tərəddüd edir. Amma, sənə sahib olduğunu özü də bilir.
0