logo beyaz
Blog - ■☆■☆■☆■☆■☆
Blog | | ■☆■☆■☆■☆■☆
Verdiyin sözü yerinə yetir!
Əhd–peyman və ona vəfa etmək Qurani-Məcid və Əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani həqiqətlərdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır.
"Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: "Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. "Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: "O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. "İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: "Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. "Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: "Ey iman gətirənlər, əhdlərə sadiq olun”.
« Əvvəlki (865 - 8033) Növbəti »
Yaradıldı: 19 Iyul 2019 Saat 15:36
Reytinq: 18
[ 9] [ 0]
Şərhlər
Blog | | ■☆■☆■☆■☆■☆
Ana Sehife
Saytda: 11 & 59 Qaydalar
comp WEB Versiya