logo beyaz
Blog - @@@@@@@
Blog | | @@@@@@@
Həzrət İbrahimin (ə) Allahın Xəlili olması hadisəsi
Həzrət İbrahim (ə) çox qeyrətli insan idi. Nə zaman hacətinə görə evindən çıxsaydı, evinin qapısını mütləq qıfıllayardı. Açarı da özü ilə aparardı. Bir gün hacətinə görə evindən çıxır və qapını bağlayır. Hacətini görəndən sonra evinə qayıdır və qapını açır. Anidən evində xoş üzlü və gözəl bir insanı görür və qeyrəti ona qələbə çalır və ondan soruşur: “Ey Allah bəndəsi! Səni mənim evimə kim buraxıbdır?”.
O şəxs cavab verir: “Ev sahibi məni bura daxil edibdir”.
Həzrət İbrahim (ə) buyurur: “Bu evin sahibi və rəbbi məndən daha layiqlidir, sən kimsən?”.
O şəxs deyir: “Mən ölüm mələyiyəm”.
Həzrət İbrahim (ə) fəğan edir və deyir: “Gəlmisən ki, ruhumu qəbz edəsən?”.
Ölüm mələyi deyir: “Xeyr, Allah Təala bəndələrdən birini öz xəlil qərar vermişdir, gəlmişəm ki, ona müjdə verəm”.
İbrahim (ə) deyir: “O kəs kimdir, mən o zamana qədər ki, sağam, xidmətində duram?”.
Ölüm mələyi deyir: “O, sənsən”.
İbrahim (ə) Saranın yanına gedir və ona buyurur: “Allah Təala məni öz dostu və xəlili qərar vermişdir”. (Həvzəh)
« Əvvəlki (1017 - 8033) Növbəti »
Yaradıldı: 18 Iyun 2019 Saat 22:58
Reytinq: 6
[ 3] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | @@@@@@@
Ana Sehife
Saytda: 20 & 110 Qaydalar
comp WEB Versiya