logo beyaz
Blog - Tovhid.....
Blog | | Tovhid.....
Tövhid (və ya "Tohid") – ərəbcə توحيد yazılır. Bir şeyi təkləşdirmək mənasını verən وحّد — يوحّد felindən düzəlmiş sözdür. İslam Şəriətindəki mənası Allahı Rəbb olaraq, İlah olaraq, həmçinin Ad və Sifətlərində təkləşdirməkdir.
İslama görə Tovhidin 3 istiqaməti var:
1. Rububiyyət tovhidi - Allahı Rəbb (mülk sahibi, yaradan və tədbir sahibi) olaraq təkləşdirmək. Bu, Allahı Onun Özünün əməllərində təkləşdirilməsidir.
2. Uluhiyyət tovhidi - Allahı İlah (ibadət edilməyə layiq varlıq) olaraq təkləşdirmək; Bu, Allahı Onun bəndələrinin öz əməllərində təkləşdirməsidir.
3. Ad və Sifətlər tovhidi - Allahın ad və sifətlərini Onun özünün və sonuncu peyğəmbərinin bəyan etdiyi kimi qəbul edib, bunları inkar etməmək, məxluqa bənzətməmək, yozmamaq və keyfiyyətini soruşmamaq şərti ilə kamil şəkildə, məhz Allaha xas olduğunu qəbul etmək.
« Əvvəlki (1023 - 8033) Növbəti »
Yaradıldı: 18 Iyun 2019 Saat 19:56
Reytinq: 3
[ 1] [ 0]
Şərhlər
Blog | | Tovhid.....
Ana Sehife
Saytda: 21 & 64 Qaydalar
comp WEB Versiya