Rəhmət yağışın yağdırır Allah Rəmazanda
Nemət doludur eşqə gedən rah, Rəmazanda
Ac qalmağ ilən ibrəti dərs etdi bəşərçün
Öz bəndəliyin dərk eliyə şah Rəmazanda.
Allahə ibadətdi,əcib zikri-Xudadı
Mömin çəkən hər bir nəfəs,hər ah Rəmazanda
Zülmətləri öz nuruna qərq etməsi bir zövq,
Bir ayrı gözəllikdə olur mah Rəmazanda.
Hər vaxt Qərib, lütf edib ilham dilə gəlmir.
Ol gah Muhərrəmdə gəlir , gah Rəmazanda.
Yaradıldı: 20 May 2019 Saat 09:13
Reytinq: 7
[ 3] [ 1]
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.