logo beyaz
Blog - ♥♥♥♥♥
Blog | | ♥♥♥♥♥
Şəhərlərdən birində yaşayan imkanlı bir insan heç kimə bir köpük də olsun maddi yardım göstərmirdi. Bu şəxsin övladı yox idi və o, yalnız həyat yoldaşı ilə yaşayırdı. Əvəzində həmən şəhərdə bir qəssab ehtiyacı olanlara pulsuz ət verirdi. Gündən günə insanların nifrəti imkanlı şəxsə qarşı artırdı. İnsanlar onu nəsihət etdikcə ki, bu qədər var-dövləti neynirsən cavabda belə deyirdi: «sizin ehtiyacınızın mənə heçbir aidiyyəti yoxdur, gedin qəssabdan istəyin.» Günlərin bir günü imkanlı şəxs xəstələndi və heç kim ona baş vurmağa getmədi. Nəhayət, varlı şəxs dünyasını dəyişdi. Heç kim onun dəfnində iştirak etməyə hazır olmadı. Bu üzdən, həyat yoldaşı onu təkcə dəfn edəsi oldu...
Amma o gündən sonra şəhərdə qəribə bir hadisə baş verdi...!!! Qəssab heç kimə pulsuz ət vermədi. Bir iddə insan bunun səbəbini ondan soruşanda qəssab belə cavab verdi: «sizin ətinizin pulunu verən insan dünən dünyasını dəyişdi...!!!»
Kiminsə barəsində tələsik və bilmədən hökm etmək olmaz...
« Əvvəlki (1316 - 8033) Növbəti »
Yaradıldı: 21 Aprel 2019 Saat 22:25
Reytinq: 8
[ 3] [ 2]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | ♥♥♥♥♥
Ana Sehife
Saytda: 11 & 59 Qaydalar
comp WEB Versiya