logo beyaz
Blog - Yazilmayan qanunlar..
Blog | _FaRs_WaHzAdEsI_ | Yazilmayan qanunlar..
quberniyasında meşə məhsulları ticarəti ilə məşğul olan müəssisə açıb. Kommersiya fəaliyyətinə uğurla başlayan Frenkel “Kopeyka” qəzetini təsis edir.
Fevral burjua inqilabından sonra Türkiyəyə qayıdarkən o, topladığı kapitalı da özü ilə aparır. Öz sahəsini yaxşı bilən Naftali Frenkel 20-ci ildə sovet hökumətinin yadına düşür. Frenkel Rusiyaya qayıtdıqdan sonra qiymətli metallar birjasını yaradır. Birjanın işində zəifləmələr hiss olunanda o həbs edilir və Lubyanka türməsnə salınır.
Öz köhnə əlaqələrini işə salan Naftali Frenkel İslah Əmək Düşərgələri yaratmaq təşəbbüsünü Baş Siyasi İdarəyə çatdırır. Təklif bəyənilir. 1928-ci ildə az məsrəflə böyük işlər görmək sxemi dəqiqləşir. Təklif müəllifi birbaşa məhkumlarla təmasda olaraq düşərgələrin mikroklimatını öyrənir. Beləliklə, Naftali Frenkel cəza çəkdiyi düşərgənin iqtisadi şöbəsinin rəhbəri kimi fəaliyyətə başlayır. 1929-cu ildə İosif Stalin Frenkellə görüşmək istəyir. Təkbətək görüşdən sonra Frenkel kabineti xüsusi səlahiyyətlərlə tərk edir. Belamor kanalının tikintisi təcrübə zonası seçilir. Bu işinə görə sabiq “zek” Lenin Ordeni alır.
Frenkel qazandığı uğurları belə izah edirdi: “Düşərgələrdə qayda-qanun daxildən tənzimlənməlidir. Bunun üçün müəyyən kateqoriya “zek”lərə güvənmək lazımdır. Onlar avtoritetlərdir”.
Frenkelin bu ideyası təcrübədə özünü doğruldur. O üç dəfə Lenin Ordeni alır, general-leytenant rütbəsinə qədər qalxır.
MƏQSƏD. “Obşak” mexanizminin qurulmasının əsas məqsədinə kriminal aləm bir qədər fəlsəfi anlam verir. Bərabərlik. İnsanlar mümkün qədər bərabərliyə yaxın olmalıdır. Axı nəyə görə birinə hər şey, birinə heç hə?
Bu məsələdə zor tətbiq edilməsi məqbul sayılmır. Hər şeyin könüllülük əsasında baş verməsi “obşak” üçün çox mühüm şərtdir. Əgər kimsə öz payına düşəni başqası ilə bölmək istəmirsə, onu məcbur etmək olmaz. Və yaxud da kiməsə məxsus olan nəsə ancaq onun tələbatı qədərdirsə, ondan nəsə gözləmək düz deyil. Amma istisnalar da olur.
Harınlamışlara zor tətbiq olunması qəbul edilən praktikadır. Buna görə də bir çoxları korrupsiyanın səviyyəsi ilə “obşak” və hakim zümrə arasında uçurumun düz mütənasib olduğunu söyləyir. Bəziləri isə korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Görünür, harınlara münasibətdə olan istisnalar da bundan qaynaqlanır. Məsələn, bir vaxtlar kimsə hansısa yola külli
< 1 2 3 4 >
« Əvvəlki (1613 - 8032) Növbəti »
Yaradıldı: 2 Mart 2019 Saat 18:33
Reytinq: 3
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _FaRs_WaHzAdEsI_ | Yazilmayan qanunlar..
Ana Sehife
Saytda: 2 & 176 Qaydalar
comp WEB Versiya