logo beyaz
Blog - Yazilmayan qanunlar..
Blog | _FaRs_WaHzAdEsI_ | Yazilmayan qanunlar..
Kriminal aləmin yazılmayan qanunları
Kriminal aləm. Bu iki sözün yaratdığı assosiasiya heç vaxt birmənalı olmayıb. Cinayət törətmiş şəxsin cəmiyyət tərəfindən necə qəbul olunduğu aydındır. Ancaq başqa bir məqam da var. Cəmiyyət məhkumlara həmişə həssaslıqla yanaşır. Cəmiyyət onlara məhz azadlıqdan məhrum olunmuş şəxslər prizmasından baxır. Onların isə öz yazılmamış qanunları var. Təbii ki, bu aləmi sözün tam mənasında araşdırmaq iddiası “boyundan yuxarı tullamaq” fikrinə düşmək olardı.
TARİXİ MÜLAHİZƏLƏR. Kriminal aləmlə yaşayanlar birmənalı şəkildə hesab edir ki, nə vaxtdan cinayətə görə cəza var, elə o dövrdən də yazılmamış qanunlar var. Mübahisə mövzusu olsa da, əslində bu, həqiqətə yaxın bir mülahizədir.
Yazılmamış qanunlarla yaşayanlar bu cür həyat tərzinin insan bərabərliyinə dayanan bir düşüncə tərzi olduğu qənaətindədir.
Azərbaycandakı kriminal aləmin Rusiyadan bəhrələndiyi danılmazdır. Terminlərindən tutmuş mövcud təsir məkanına qədər bir çox amillər bunu deməyə əsas verir.
Rusiyada kriminal aləmin təşkilatlanması bir çox tarixçilər tərəfindən Stalin dövrü ilə bağlansa da, bununla razılaşmayanlar var. Çar II Nikolayın dövründə həbsxanalarda kriminal avtoritetlərin olması razılaşmayanların əsas arqumentidir.
Həmin dövr Azərbaycanda yaşamış qoçular da bu təbəqəyə aid edilən insanlar sırasındadır. Amma onlar təşkilatlanmamışdı, hərə öz aləmi ilə yaşayırdı.
Keçmiş sovet məkanında kriminal aləmin əsasən təşkilatlanması Stalin dövründə baş verdi. Bəziləri hesab edir ki, kriminal aləmə kifayət qədər bələd olan Koba həbsxanalarda qayda-qanun yaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib. Məhz bu təşkilatlanmadan sonra “obşak” adlandırılan mexanizm qurulub.
Bir maraqlı fakt da deyilənlərin dolayısı ilə təsdiqi ola bilər.
Bu sahənin bəzi araşdırıcıları hesab edir ki, qəhrəmanlıq dastanımız olan “Koroğlu”da da hazırkı “obşak” elementləri var.
“OBŞAK” İDEYASININ MÜƏLLİFİ ​- TARİXİ ARAYIŞ. Bu yerdə xırda tarixi arayışa ehtiyac duyulur.
İslah Əmək Düşərgələri yaratmaq ideyası Türkiyə əsilli yəhudi Naftali Frenkelə məxsusdur. Həmin dövrə qədər sovet məhkumlarına cinayətkar kimi baxılırdı, ondan sonra isə cinayətkarlara həm də ucuz əmək mənbəyi kimi baxılmağa başladı.
Naftali Frenkel 1883-cü ildə İstanbulda anadan olub. Kommersiya İnstitutunu bitirdikdən sonra Rusiyanın Donetsk
1 2 3 4 >
« Əvvəlki (1613 - 8033) Növbəti »
Yaradıldı: 2 Mart 2019 Saat 18:33
Reytinq: 3
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _FaRs_WaHzAdEsI_ | Yazilmayan qanunlar..
Ana Sehife
Saytda: 20 & 63 Qaydalar
comp WEB Versiya