logo beyaz
Blog - ○○●●○○●●○○
Blog | | ○○●●○○●●○○
Təvəssülün haqq ilması barədə Qurani Kərimdən dəlillərDünya müsəlmanlarının ən aktual məsələlərindən biri də təvəssül məsələsidir. Təvəssül sözü ərəb dilindəki "vəsilə" sözündən götürülmüşdür. "Vəsilə" sözü bir şeyi vasitə qərar verməklə hədəfə yetişmək deməkdir.
Allahın razılığını qazanmaq istəyən hər bir insan saleh əməlləri vasitə edərək onun dərgahına yaxınlaşır. Allaha yaxınlaşmaq üçün Allahn gözəl adlarını çağırır, Kəbəni ziyarət edir, namaz qılır, oruc tutur və bunların hamısı - Allaha yaxınlaşmaq üçün vasitələrdir. Qurani-Kərimdə vəsilə ilə bağlı ayələr kifayət qədərdir. "Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!" - deyə dua etdilər" ("Bəqərə" 127)."İbrahim və İsmail dedilər: "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!"" ("Bəqərə", 128). Bu ayədə İbrahim və İsmail Allaha vəsilə olaraq Kəbə evinin təmir olmasını təqdim etdilər və bir neçə şey istədilər, o cümlədən, nəsillərindən olan insanlarının Allaha təslim olmasını və tövbənin qəbulunu dilədilər . Buradan da belə nəticə çıxır ki, saleh əməllə duanın bağlılığı var.
« Əvvəlki (1644 - 8032) Növbəti »
Yaradıldı: 24 Fevral 2019 Saat 10:52
Reytinq: 5
[ 2] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | ○○●●○○●●○○
Ana Sehife
Saytda: 8 & 134 Qaydalar
comp WEB Versiya