logo beyaz
Blog - ●●●●□□□□
Blog | | ●●●●□□□□
Xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən sonra, imam Əli (ə) ərəb tayfalarını yaxşı tanıyan qardaşı Əqilə belə buyurur:
اُنْظُرْ لِى اِمْرَأَةً قَدْ وَلَدَتْها الْفُحُولَةُ مِنَ الْعَرَبِ لِاَتَزَوَّجَها فَتَلِدَ لِى غُلاماً فارِساً
“Mənə ərəblərin şücaətli nəslindən bir zövcə tap ki, mənim üçün ondan igid və şücaətli oğul dünyaya gəlsin.” (“Umdətut-talib”, İbn Ənbə, səh.357.)
Əqil, Fatimə Kilabiyyəni məsləhət görür və imam Əli (ə) onun seçimi ilə razılaşır. İmam Əli (ə) qardaşı Əqili Ümmül-Bəninin atasının yanına göndərir. Ata bu mübarək vüsala razı olsa da, qızı və qızın anası ilə məsləhətləşmək istəyir. O, qızı və həyat yoldaşının otağına daxil olmaq istədikdə, qızının öz anasına gördüyü yuxunu danışdığını eşidir: “Ana can! Yuxuda gördüm ki, merli-meyvəli bir bağda əyləşmişəm. Bağın içində çaylar axır, ay və ulduzlar parlayırdı. Mən də gözümü onlara dikmişdim və Allahın yaratdıqları haqda düşünürdüm. Bu zaman ay göydən enib qucağıma düşdü, onun nurundan gözlərim qamaşdı. Heyrətdə ikən, digər dörd nur da qucağıma düşdü.”
« Əvvəlki (1662 - 8034) Növbəti »
Yaradıldı: 18 Fevral 2019 Saat 21:46
Reytinq: 9
[ 3] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | ●●●●□□□□
Ana Sehife
Saytda: 19 & 127 Qaydalar
comp WEB Versiya