logo beyaz
Blog - ●●●●●●●●●●●●
Blog | | ●●●●●●●●●●●●
Nalayiq əməldir bəni-insanə paxıllıq,
Mənzil eləyər qəlbini şeytanə paxıllıq.
Zəhmət çəkib illərcə bir ev eyləsən inşa,
Bir gündə qoyar ol evi viranə paxıllıq.
Ruhani mərəzdir, ona sevməklə əlac et,
Xərçəng kimi qoyma daraşa canə paxıllıq.
Qərq eyləyər axır səni, ondan həzər eylə,
Bənzər dəli tufanlı bir ümmanə paxıllıq.
Ahəstəcə öz sahibini məhvə sürüklər,
Təhrik eləməklə onu üsyanə paxıllıq.
Əqli sipər et, qoyma bu ox sancıla qəlbə,
Tainki səni etməyə divanə paxıllıq.
Gör Habilə nə zülm elədi qardaşı Qabil,
Çox ailədə oldu səbəb qanə paxıllıq.
.....
« Əvvəlki (1761 - 8032) Növbəti »
Yaradıldı: 31 Yanvar 2019 Saat 17:55
Reytinq: 5
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | ●●●●●●●●●●●●
Ana Sehife
Saytda: 20 & 157 Qaydalar
comp WEB Versiya