logo beyaz
Blog - Sevgil.
Blog | B_E_L_A_L_I_M | Sevgil.
Gülürsən üzümə; gülüşün şirin,
ancaq gözlərində bir intizar var…
Şirindir bu sənli dəqiqələrim,
ancaq ürəyimdə susub arzular!…
Elə arzularam,elə istərəm,
nazla gözlərimə baxasan,gülüm!… Amma istəmərəm gizlin gileylə,
qəlbimi yandırıb-yaxasan,gülüm!…
Ömür ağacımın düşür yarpağı,
son payız küləyi uğuldadıqca…
Gül-çiçək qucaqlar qara torpağı,
ürək öz eşqini pıçıldadıqca!… Sevənlər ehtiyac duymamış sözə,
sevindim-gözünə baxanda,gülüm!…
Gəl,qoşa dayanaq-duraq üz-üzə,
birlikdə bu yola çıxanda,gülüm!…
Sənsiz hər əzabı daşısam da mən,
*sevmirəm,*-sözünü deməyəcəyəm!… Əlli il,lap yüz il yaşasam da mən,
sənsiz sevinc nədir-bilməyəcəyəm!
« Əvvəlki (1777 - 8032) Növbəti »
Yaradıldı: 28 Yanvar 2019 Saat 22:11
Reytinq: 10
[ 3] [ 2]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | B_E_L_A_L_I_M | Sevgil.
Ana Sehife
Saytda: 19 & 141 Qaydalar
comp WEB Versiya