Salam Allahın adıdır.
Oxunuşu: Huvəl-ləzi La ilahə illə Huvə əl-Məliku əl-Quddusu əs-Səlamu (Həşr surəsi, ayə, 23)
Tərcümə: "O, tək Allahdır ki, Ondan başqa mə'bud yoxdur, Malik və Hakimdir, hər bir eybdən pakdır, heç bir kəsə zülm etməz."
İmam Sadiq ələyhis-salalm, uca ata-babasından nəql edir ki, Peyğəmbər səlləllahu ələyhi və alih həzrət Əli ələyhis-salama vəsiyyətində buyurub: Üç şey günahların örtülməsinə səbəb olar: Aşkar salam vermək, yemək vermək, gecə namazı qılmaq.
Allah taala bəndələrinə icazə verib ki, görüşdükləri zaman bir-birlərinə salamı hədiyyə versinlər, bununla da yaxşılıqların qapısını açsınlar. Məhz bu üzdən salam vermək çoxtövsiyə olunub.
Salamı unutmayın
İmam Məhəmməd Baqir (ələyhis-salam): "Allah (Əzzə və Cəl) ucadan salam verməyi sevər."
Zaur_Dayı (23 Yanvar 2019 Saat 19:38)
İmam Rza (ələyhis-salam): "Hər kəs yoxsul bir müsəlmanla rastlaşsa və onunla salamlaşması, sərvətlilərlə salamlaşmasından fərqlənsə, qiyamət günü Allahla görüşən zaman, Allahı qəzəbli halda görər."
Salam verməyənə cavab vermə
İmam Sadiq (ələyhis-salam) cəddi Rəsulullah səlləllahu ələyhi və alihdən nəql edib ki, hər kəs salamdan öncə sözə başlasa, ona cavab verməyin.
Salamın cavabı vacibdir
İmam Sadiq (ələyhis-salam): "Naməyə cavab vermək salamın cavabı kimi vacibdir və salamla başlayan Allahın və Rəsulunun yanında layiqlidir."
İmam Sadiq (ələyhis-salam) Allahın Rəsulundan nəql edir ki, buyurub: " Salam vermək müstəhəb və cavabı isə vacibdir."
Zaur_Dayı (23 Yanvar 2019 Saat 19:34)
İmam Sadiq (ələyhis-salam): "Hər kəs dörd şeyi mənimlə əhd etsə mən də cənnətdə dörd evi ona zəmanət edərəm (ki, onlardan biri) aşkar salam verməkdir."
Salam verməyən paxıldır
İmam Sadiq (ələyhis-salam): "Allah (Əzzə və Cəl) Paxıl o şəxsdir ki, salam verməyə paxıllıq etsin."
İmam Rza (ələyihis-salam) uca ata-babalarından nəql edib ki, Allahın Rəsulu (səlləllahu ələyhi və alih) buyurub: Beş şeyi ömürümün sonunadək tərk etməyəcəm (ki, onlardan biri kiçiklərə salam verməkdir, məndən sonra adət olsun.
Hamıya eyni tərzdə salam verin
İmam Rza (ələyhis-salam): "Hər kəs yoxsul bir müsəlmanla rastlaşsa və onunla salamlaşması, sərvətlilərlə salamlaşmasından fərqlənsə, qiyamət günü Allahla görüşən zaman, Allahı qəzəbli halda görər."