logo beyaz
Blog - ●●●●●●●●●●●●
Blog | | ●●●●●●●●●●●●
Sual: Ən məqbul əməl nədir?
CAVAB
Peyğəmbər əfəndimiz ən məqbul əməlin gözəl əxlaq olduğunu bildirmiş, “İman cəhətindən möminlərin ən fəzilətlisi, əxlaqı gözəl olanlardır.” buyurmuşdur. (Hakim)
Bir kimsə Peyğəmbər əfəndimizdən nəsihət istədi. Dedi ki:
— Ya Rəsulallah, mənə öyüd ver!
— Harada olursan ol Allahdan qorx!
— Yenə buyur, ya Rəsulallah!
— Hər pislikdən sonra dərhal bir yaxşılıq et! Yaxşılıqlar günahları aparar.
— Yenə buyur!
— Hər kəslə gözəl rəftar et! (Tirmizi)
Oğlu, Loğman əleyhissəlama soruşar:
— Ən yaxşı xislət nədir?
— Dindar olmaqdır.
— Yaxşı atacan, bu xislət iki olarsa?
— Dindarlıq və mal sahibi olmaq.
— Üç olarsa?
— Dindarlıq, mal və həya.
« Əvvəlki (1797 - 8032) Növbəti »
Yaradıldı: 23 Yanvar 2019 Saat 19:22
Reytinq: 8
[ 3] [ 0]
Şərhlər
Blog | | ●●●●●●●●●●●●
Ana Sehife
Saytda: 12 & 145 Qaydalar
comp WEB Versiya