logo beyaz
Blog - ¤◆¤◆¤◆¤◆¤◆¤◆¤
Blog | | ¤◆¤◆¤◆¤◆¤◆¤◆¤
Paxıllıq
(müxəmməs)
Şeytan işidir, rəxnədir imanə paxıllıq,
Çox zülmə təməl, ləkkədi vicdanə paxıllıq,
Hey fitnə çıxarmaqdadı meydanə paxıllıq,
Nalayiq əməldir bəni-insanə paxıllıq,
Mənzil eləyər qəlbini şeytanə paxıllıq.
Əvvəldən olub fitnə-fəsad aləmi dünya,
İblis verir adəmə qan tökməyə fətva,
Xeyr əhlini şərr əhlinə tuş etməyə Mövla,
Zəhmət çəkib illərcə bir ev eyləsən inşa,
Bir gündə qoyar ol evi viranə paxıllıq.
Zülmətli cahanda yoluva əqli sirac et,
Nadanlığı at, başıva aqilliyi tac et,
Tox saxla həmişə gözüvü, nəfsivi ac et,
Ruhani mərəzdir, ona sevməklə əlac et,
Xərçəng kimi qoyma daraşa canə paxıllıq.
« Əvvəlki (1900 - 8033) Növbəti »
Yaradıldı: 19 Dekabr 2018 Saat 21:36
Reytinq: 10
[ 3] [ 0]
Şərhlər
Blog | | ¤◆¤◆¤◆¤◆¤◆¤◆¤
Ana Sehife
Saytda: 20 & 97 Qaydalar
comp WEB Versiya