logo beyaz
Blog - sev sev
Blog | aYRiLDiK_Be_GuLuM | sev sev
Bağları qəhr eylər xəzan yelləri,
Yarpaqlar tələsər, küləyə çatmaz.
Baxar qəmli-qəmli göyün üzündən,
Günəşin də gücü fələyə çatmaz.
Kordur azaldısa gözün heyrəti,
Bəndə bu aləmi dərk etməz qəti.
Zalım ha ucalsa boyu, qaməti,
Məzlumun çəkdiyi naləyə çatmaz.
Adamın qana da batar əlləri,
Yorub tutduğunu atar əlləri.
İstəsə hər yana çatar əlləri,
Bircə çiynidəki mələyə çatmaz.
« Əvvəlki (1955 - 8032) Növbəti »
Yaradıldı: 20 Noyabr 2018 Saat 13:51
Reytinq: 16
[ 1] [ 3]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | aYRiLDiK_Be_GuLuM | sev sev
Ana Sehife
Saytda: 13 & 169 Qaydalar
comp WEB Versiya