logo beyaz
Blog - BeLe bir sohbet
Blog | | BeLe bir sohbet
"İtə oxşamaq"
Nə qədər kobud səslənir?
Ya da səsləndirilir?
Sevmədiyiniz insalara adətən..
"Necə itə oxşayır" ifadəsini,
sevdiklərinizə isə,
"Pişiyim, pandam, ceyranım, aslanım" deyirsiniz..
Ancaq , hansınızı dindirsəm xarici görünüş önəmli deyil sizinçün..
Nə deyirsiniz deyin, sizi itə oxşadacam bu gün, itə oxşamağınızı istəyəcəm.. Özü də küçə itinə..
7 gün əvvəl, səhər 8-in yarısı evdən çıxıb dayanacağa gedirdim, çox vaxt pişiklərin yatdığı ağacın dibində, payızın saraltdığı otların üstündə bir it vardı..
Haçansa ağ, ipək tükləri olduğu bilinirdi.
Çətin həyat şəraiti onun da tüklərini saraltmışdı.
Məsələn, payızın soyuğundan təbiət saralır, həyatın soyuğundan insanların paltarı, ucuz siqaret çəkənlərin, saqqalı bığı.
Hər canlı öz sarılıq payını alır bu həyatda.
Bu canlının da tükləri sarı idi.
Düzünü desəm, itlə-pişiklə oynayacaq vaxtım yox idi. Axı biz, məşğul insanlarıq.
Hamı kimi, mən də tələsirdim..
Hamımız tələsirik, sifətimiz acıqlı,dilimiz söyüşlü, bir-birimizin yanından ötüb keçirik..
Bilmirəm niyəsini, amma həmin səhər o itə yaxınlaşdım..
Qan var idi, ayağı əzilmişdi..
Sağlam olsa, incidəcəyi, qovacağı,bəlkə bacarsa öldürəcəyi pişiklərin yuvasına sığınmışdı.. Necə də oxşardır hə bizə?
Axı biz də ən çətin anlarımızda ən çox incitdiklərimizə sığınırıq..
İt sadəcə yarasını yalayırdı, dayanmadan..
Heç mənə baxmadı da, tələsdiyim üçün yoluma getdim, gələndə 1 bulka alıb verdim itə, yemədi sadəcə yarasını yalayırdı..
Səhəri gün yenə ordan keçəndə, evdən çörək apardım, amma yenə yemədi,
Yeməyi bir kənara heç başını qaldırıb, görmədi məni ..
Yenə ,yenə və yenə ancaq yarasını yalayırdı.
Heç kimdən mədət ummadan, kömək istəmədən, özü öz yarasını sağaldırdı.
Tam olaraq 8 gün, özünü yalayıb, sonunda sağalda bildi.. Bəli!
O itə oxşayın, yaralarınızı özünüz sağaldın.
O yalayaraq sağalırdı,
Mən yazaraq sağalıram,
Siz də bir yol sınayın,
Bəziləriniz Oxuyaraq,
Dinləyərək,
İzləyərək..
Amma güclü olun, meşədəki ən qalın, böyük, heybətli, heyrətlə bağdığımız 200 illik palıdın ,
Nə qədər fırtınadan, şaxtadan, qızmar günəşdən sonra öz yaralarını sağaltdığı üçün o cür güclü olduğunu düşünün..
Və bir də aslan olub, Zooparkda yağlı ət tikələrinə görə atlanıb-düşüncə həmin, "küçə iti" kimi olun.
Əsla bir parça çörəyə görə baş əyməyin..
« Əvvəlki (2000 - 8033) Növbəti »
Yaradıldı: 1 Noyabr 2018 Saat 00:38
Reytinq: 6
[ 3] [ 5]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | BeLe bir sohbet
Ana Sehife
Saytda: 1 & 86 Qaydalar
comp WEB Versiya