logo beyaz
Blog - Həzrət Fatimədən (ə) hədislər
Blog | ______Genceli______ | Həzrət Fatimədən (ə) hədislər
Həzrət Fatimədən (ə) hədislər
"Hər kim öz xalis (səmimi) ibadətini
Allaha ünvanlasa, Allah da özünün ən
yaxşı məsləhətini ona endirər” (yəni
Allah məsləhət bildiyi ən xeyirli
neməti ona bəxş edər).
“Möminin üzünə gülümsəmək
insanın cənnətə düşməsinə səbəb
olar. Amma inadkar və ədavətkar
adamın üzünə gülmək isə adamı
cəhənnəmə salar”.
“Allahın Rəsulu buyurub ki, imam
Kəbə kimidir. Camaat ziyarət üçün
onun yanına gedər, Kəbə camaatın
yanına gəlməz. Allaha and olsun,
əgər haqqı öz sahibinə
qaytarsaydılar, Peyğəmbərin nəslinə
tabe olsaydılar, Allahın dini barədə
bir-biri ilə ixtilafda olan iki nəfər
belə, tapılmazdı...”.
“Yeməkdən sonra əlləri yağlı halda
yatan adam özündən başqa heç kimi
danlamasın”.
“Süfrənin 12 xüsusiyyəti var ki, hər
bir müsəlman bunları bilməlidir. Bu
xüsusiyyətlərin dördü fərz (vacib),
dördü sünnətdir, dördü isə ədəb-
ərkandandır. Fərz olan xüsusiyyətlər
bunlardır: mərifət (yəni ruzini verən
Allahı tanımaq), razılıq, Allahın adını
çəkmək (“bismillah” demək) və şükr.
Sünnət olan dörd xüsusiyyət budur:
yeməkdən qabaq dəstəmaz almaq,
oturmuş halda yemək, sağ tərəfi üstə
(yəni sağ tərəfə dayaqlanıb)
oturmaq və üç barmaqla yemək.
Ədəb-ərkandan olan xüsusiyyətlər
isə bunlardır: öz qabağında olan
qidanı götürüb yemək, loxmaları
kiçik etmək, yeməyi yaxşı çeynəmək
və süfrə arxasında başqalarının
üzünə az baxmaq”.
“Peyğəmbər buyurub: “Cümə
günündə elə bir saat var ki,
müsəlman həmin saatda Allahdan nə
isə xeyir-bərəkət istəsə, ona verər”.
Fatimə soruşdu ki, bu hansı saatdır?
Peyğəmbər cavab verdi: “Qürub
vaxtı Günəşin yarısı üfüqün arxasında
itəndə”.
“Sizin ən yaxşılarınız – insanlarla ən
mülayim, öz həyat yoldaşı ilə ən
mehriban rəftar edəninizdir”.
“Əgər oruc insanın dlini, qulağını,
gözünü və sair əzalarını günahdan
çəkindirmirsə, belə orucun insana nə
faydası var?”.
“Sizin dünyanızdan yalnız üç şeyi
xoşlayıram: Allahın Kitabını oxumağı,
Allah Rəsulunun çöhrəsinə baxmağı
və Allah yolunda ehtiyaclılara yardım
göstərməyi”.
Fatimə ərə gedərkən atasına
demişdi: “Ey Allahın Rəsulu! Xalqın
qadınları pulun xatirinə ərə gedirlər.
Bəs, mənimlə onların arasında nə
fərq olar? İstəyirəm Allaha dua
edəsən ki, mənim mehriyyəm Sənin
ümmətinin günahkarlarına şəfaət
etmək ixtiyarı olsun”.
“Allah sizin şirkdən pak olmağınız
üçün imanı, təkəbbürdən
təmizlənməyiniz üçün namazı,
ruhunuzun saflaşmasından və
ruzinizin artmasından ötrü zəkatı,
ixlasda möhkəm olmağınız üçün
orucu, dininizin möhkəmliyindən
ötrü həcci, ürəklərinizin mehriban
olması üçün ədaləti, ümmətin
nizam-intizama nail olması üçün bizə
(yəni Əhli-beytə) tabe olmağı,
təfriqədən amanda qalmağınız üçün
bizim imamətimizə inanmağı,
İslamın izzət qazanmasından ötrü
cihadı, savab qazanmaq vəsiləsi kimi
səbri, camaatın islahı üçün əmr bil-
mərufu (yaxşı işlərə çağırmağı),
Allahın qəzəbindən xilas olmaq üçün
valideynə yaxşılıq etməyi, sayınızın
artması üçün sileyi-rəhimi
(qohumlarla
1 2 >
« Əvvəlki (2306 - 8034) Növbəti »
Yaradıldı: 3 Sentyabr 2018 Saat 17:18
Reytinq: 12
[ 2] [ 0]
Şərhlər
Blog | ______Genceli______ | Həzrət Fatimədən (ə) hədislər
Ana Sehife
Saytda: 15 & 115 Qaydalar
comp WEB Versiya