logo beyaz
Blog - heqiqi dua....
Blog | | heqiqi dua....
Həqiqi dua.
İnsanın Allahdan istədiyi şey – xeyir olmalıdır. Günah və ya günaha səbəb olan şeylər olmalı deyildir. Yalnız bu zaman dua həqiqi olar. İmam Əli (ə) buyurur: “Ey dua edən! Heç bir zaman olmayacaq şeyi və ya günahı Allahdan istəmə”.
İxlaslı dua.
Quranda buyurulur: “Din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın”. (“Əraf” 29).
Bəzən insanın duası həqiqi duadır, Allahdan həqiqətən də xeyirli işlər istəyir. Ancaq dua edən zaman Allahı çağırmaz. Dilində Allahın adını çəkər, ancaq qəlbi adi işlərdə olar. İmam Sadiq (ə) buyurur: “O zaman ki, sizlərdən kimsə Allahdan bir şey istəyir və yerinə yetməsinin intizarında olur, gərək bütün insanlardan məyus olsun. Ümidi ancaq Allaha olsun. O zaman ki, Allah bəndənin qəlbində bunu bilərsə, hər nə istəsə ona verər”.
Allah İsaya (ə) buyurur: “Ey İsa! Məni qəmli, qərq olan bəndə ki, heç bir yavəri olmaz, onun halı ilə çağır!”.
« Əvvəlki (2383 - 8033) Növbəti »
Yaradıldı: 14 Avqust 2018 Saat 19:58
Reytinq: 16
[ 1] [ 0]
Şərhlər
Blog | | heqiqi dua....
Ana Sehife
Saytda: 24 & 104 Qaydalar
comp WEB Versiya