logo beyaz
Blog - Gencede bas veren hadisenin teff
Blog | Mr_SaNi_OFFiCiAL | Gencede bas veren hadisenin teff
---
Məlum olduğu kimi, bu gün axşam radikal
elementlərdən ibarət bir neçə qrup Gəncə
şəhərinin mərkəzində bir müddət əvvəl
şəhərin İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyevə qarşı suiqəsd törətmiş Yunis
Səfərova dəstək məqsədilə qanunsuz aksiya
keçirməyə cəhd göstəriblər. Biz Gəncədəki
müxbirlərimizdən baş vermiş hadisənin bəzi
təfərrüatlarını əldə etmişik. Belə ki, iki polis
əməkdaşı toplaşanlarla qanunsuz və təxribat
xarakterli aksiyanı dayandırmaq barədə
danışıqlar aparan zaman onlar aqressiv
əhvalruhiyyədə olan bir qrup şəxs tərəfindən
heç nə ilə təhrik olunmamış hücuma məruz
qalıblar. Hadisə nəticəsində Gəncədə hörmət
bəslənilən iki polis əməkdaşı – Gəncə şəhər
Baş Polis İdarəsinin rəis müavini polkovnik
İlqar Balakişiyev və Gəncə şəhərinin Nizami
rayon Polis İdarəsinin rəis müavini
polkovnikleytenant Səməd Abbasov
amansızlıqla soyuq silahla qətlə yetiriliblər.
Baş vermiş hadisənin qandonduran
görüntüləri artıq internet şəbəkəsində
yayımlanıb.
« Əvvəlki (2483 - 8033) Növbəti »
Yaradıldı: 11 Iyul 2018 Saat 01:59
Reytinq: 2
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Mr_SaNi_OFFiCiAL | Gencede bas veren hadisenin teff
Ana Sehife
Saytda: 22 & 71 Qaydalar
comp WEB Versiya