logo beyaz
Blog - Mehebbet Olan Yerde
Blog | Mutlu^Umutlu | Mehebbet Olan Yerde
Məhəbbət olan yerdə
23/11/2014 19:35
Ocaq sönüb kül olmaz,
Ay tələsib il olmaz.
Ömür əzazil olmaz
Ürək düşərmi dərdə
Məhəbbət olan yerdə.
Könül açar yara-yar,
Çiçəklənər arzular.
Bar gətirər xan çinar
Dinər söz də,şeir də
Məhəbbət olan yerdə
Qara saçda dən olmaz,
Tökülüb dən-dən olmaz
Şərin üzü şən olmaz
Yaxın düşməz kədər də,
Məhəbbət olan yerdə.
Əhdi peyman düz olsa,
Təmiz ürək,söz olsa.
Dost bir deyil,yüz olsa
Baş əymərik namərdə,
Məhəbbət olan yerdə.
« Əvvəlki (2499 - 8033) Növbəti »
Yaradıldı: 5 Iyul 2018 Saat 14:16
Reytinq: 13
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Mutlu^Umutlu | Mehebbet Olan Yerde
Ana Sehife
Saytda: 18 & 78 Qaydalar
comp WEB Versiya