logo beyaz
Blog - Qaranligim...
Blog | Mutlu^Umutlu | Qaranligim...
Bir gün qara ağın yanına gəldiyi zaman ağ, qaradan qorxub qaçır.
Qara qışqırır ağa dayan getmə - deyə, ağın qərarı qətiymiş halbuki.
Deyir ki, sən qarasan mənsə ağ, ümidin yanında pessimizm, işıqlığın yanında qaranlıq dayana bilməz.
Qara gözlərini dikərək ağa deyir:
- Pessimizm olmasaydı ümid, qaranlıq olmasaydı işıqlıq olmazdı.
Birinin yox olması digərini mənasız edər.
Etiraz səsi tez əks-səda yaradır qaranlıq otaqda.
Həm deyir ki, sən mənə dözə bilməzsən. Ağ bir şam olub yansam, səndən geriyə heç bir şey qalmaz.
Yanılırsan! qara deyir, yanılırsan
Şam dibinə işıq verməz, nə olar icazə ver gizli küncdə belə olsa sənə yaxın olum.
Amma işıqlığa sözünü eşitdirə bilmir ki, bilmir. O gündən bəri işıqlıq qaçar, qaranlıq ardından gələrmiş.
Ağ keçərkən gündüz olar, qaranlığın gəlməsiylə gecə başlayırmış.
O gündən sonra heç kim bir daha nə ən uzun gecələrin belə işıqlanmadığını, nə də işıqlığın üstünü gecənin örtmədiyini görüb.
Çünki acı olmayanda şirin də olmaz həyatda!...
« Əvvəlki (2515 - 8032) Növbəti »
Yaradıldı: 30 Iyun 2018 Saat 11:25
Reytinq: 13
[ 2] [ 0]
Şərhlər
Blog | Mutlu^Umutlu | Qaranligim...
Ana Sehife
Saytda: 18 & 210 Qaydalar
comp WEB Versiya