logo beyaz
Blog - Hecmi Duwunmedin?
Blog | Mutlu^Umutlu | Hecmi Duwunmedin?
N ə hiss etdin?
Xəyanatin qucağına
Bir gecəlik atılarkən.
Var-dövlətə susayaraq,
Göykağıza satılarkən.
Adiləşmiş qadınların
Sırasına qatılarkən.
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!
Nə hiss etdin
Nə hiss etdin bir anlıq həzz
Səni səndən aparanda,
Ətəyindən çəkə-çəkə
Məni səndən qoparanda.
Xatirələr gözlərində,
Suluq verib qabaranda...
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!
Nə hiss etdin
N ə hiss etdin?
Tapdalanmış o vicdanın
Dillənəndə ağır-ağır.
Baxışların bir nöqtəyə
Zillənəndə fağır-fağır.
Utancından yanaqların
Allananda əvvəl-axır...
Az da olsa üşənmədin?
heçmi düşünmədin...?!
« Əvvəlki (2517 - 8032) Növbəti »
Yaradıldı: 30 Iyun 2018 Saat 00:50
Reytinq: 10
[ 2] [ 0]
Şərhlər
Blog | Mutlu^Umutlu | Hecmi Duwunmedin?
Ana Sehife
Saytda: 27 & 191 Qaydalar
comp WEB Versiya