logo beyaz
Blog - Duzlu Qəhvə
Blog | Admin | Duzlu Qəhvə
Qızı bir məclisdə görmüşdü. Çox gözəl idi. O gün arxası ilə gəzən o qədər oğlan var idi… Yaxınlaşdı ona, qırıq-qırıq danışdılar. Məclisin sonunda qızı başqa bir gün qəhvə içməyə dəvət etdi. Təəccüblü olsa da, qız qəbul etdi. Bir gün sonra kafedə əyləşib qəhvə içirdilər. Elə həyəcanlı idi ki, söz tapıb danışa bilmirdi. Qız üçün çox darıxdırıcı gün oldu. «Mən artıq gedim» dedi. Gənc ofisantı çağırıb, «Mənə bir az duz gətirə bilərsiz? Qəhvəmə tökəcəm» dedi. Yan stoldan adamlar maraqla baxdı. Qız gülümsədi:
— Qəhvəyə duz?!
Gənc qıpqırmızı qızardı, amma ofisantın gətirdiyi duzu qəhvəsinə tökdü və içdi. Qız maraqla «Qəribə ağız dadınız var» dedi. Gənc nəql etdi:
— Uşaq vaxtı biz dəniz kənarında yaşayırdıq. Həmişə dənizdə oynayırdım, üzürdüm. Dənizin duzlu suyunun dadı ağzımdan heç getmədi. O dadla böyüdüm mən. Bu dadı çox sevirəm. Qəhvəmə də duzu ona görə tökürəm. Bu dad məni uşaqlığıma aparır, dəniz kənarındakı evimizi və xoşbəxt ailəmi xatırlayıram. Onlar üçün elə darıxıram ki...
Gözləri nəmlənmişdi qızın. Bu qədər səmimi danışan, ailəsini sevən, darıxan biri çox incə ruhlu biri olmalı idi… Ev duyğusu olan bir oğlan ...
Qız da öz həyatından danışdı. O, da ailəsindən uzaqda yaşayırdı. Çox şirin bir söhbət alınmışdı, gözəl başlanğıc olmuşdu… Beləcə görüşməyə davam etdilər. Günün birində evləndilər. O gündən qız hər gün öz əlləri ilə həyat yoldaşına qəhvə hazırlayır və qəhvəsinə 1 qaşıq duz tökürdü. Çünki onun belə sevdiyini bilirdi...
40 ildən sonra gənc həyatdan köçdü. Ölümündən sonra qız onun yeni yazılmış bir məktubunu tapdı. Məktubda yazılmışdı:
«Sevgilim, bir dənəm ...
Məni bağışla. Bütün həyatımızı bir yalan üzərində qurduğum üçün məni bağışla. Sənə həyatım boyu yalnız bir yalan danışdım. Duzlu qəhvədə… İlk görüşdüyümüz gün, o kafe yadında? O qədər həyəcanlı və gərgin idim ki, şəkər əvəzinə ağzımdan duz çıxdı. Hər kəs və sən baxdığın üçün sözümü dəyişdirməyə o qədər utandım ki, yalanla davam etdim. Bu yalanın münasibətimizin başlanğıcı olacağı ağlıma gəlməmişdi. Sənə
1 2 >
« Əvvəlki (2533 - 8034) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:42
Reytinq: 43
[ 7] [ 0]
Şərhlər
Blog | Admin | Duzlu Qəhvə
Ana Sehife
Saytda: 9 & 104 Qaydalar
comp WEB Versiya