logo beyaz
Blog - Süfrə başında Etik qaydalar
Blog | Admin | Süfrə başında Etik qaydalar
illər boyu masanı xalça, döşəmə ya palaz üzərinə salınmış süfrə əvəz etmişdir. Bəzən yeməyi dairəvi mis məcməyiyə yığıb süfrəyə qoymuşlar. İrəvan xanlığında yaşayan azərbaycanlıların evində masanı böyük dairəvi məcməyi — «sini» əvəz edərdi. Onun içinə yemək yığıb ətrafında əyləşərdilər.
Süfrə son əsrlərin kəşfidir. Qədim Yunanıstanda süfrə və əl dəsmalı olmadığı üçün əl silməkdən ötəri ya çörəyin içindən, ya da xəmirdən istifadə edərdilər. Əl silinmiş çörəyi yeməzdilər, itə atardılar.
P.Karpini yazır ki, tayfalar yemək zamanı süfrə və əl dəsmalı işlətmirdilər.
L.Morqan deyir ki, irokez hindularında nə masa, nə kürsü, nə də əsl mənada nimçələr vardı. Mayya hinduları masa yerinə həsirdən istifadə edirdilər.
Bir çox xalqlar keçmişdə də, müasir dövrdə də həddindən artıq yeməyə pis baxmışlar. Bu barədə maraqlı tarixi məlumatlar vardır.
Manu qanunlarında deyilir: «Çox yemək sağlamlığa ziyandır, uzun ömrə və göylərə çatmağa mane olur, mənəvi hörmət qazanmağa qoymur və insanların nifrətinə səbəb olur. Ona görə çox yeməkdən qaçmaq lazımdır. Doyduğunu hiss etmisənsə, istər ertə olsun, istərsə də gec, çörək yemə...».
Qədim tarixçi Eforun (?-340) bizə qədər gəlib çatmış məlumatına görə, qədim kelt tayfaları piylənməməyə və yekəqarın olmamağa çalışırdılar. Qoyulan ölçünü pozmuş gənci isə ağır cəzalandırırdılar.
Herodot qədim misirlilər barəsində belə yazır: «Onlar ayda üç gün ardıcıl olaraq mədələrini təmizləyirlər. Bu zaman işlədici vasitələri (dərmanlan) qəbul edirlər. Öyümək və bağırsaqları yumaqla sağlamlıqlarını qoruyurlar. Onların fikrincə, insanın bütün bəlaları qida ilə, əsasən də həddindən artıq çox yeməklə bağlıdır».
Qədim tarixçi Meqasfenin məlumatına görə, hind həkimləri xəstəlikləri əsas etibarilə dərmanlarla deyil, səmərəli yemək rejimi məsləhət görməklə müalicə edirdilər.
Elian yazır ki, spartalıların və romalıların ərzaq mallarının alınmasına hədd qoyan, həmçinin ərzağın kəmiyyətinə və keyfiyyətinə aid olan qanunları vardı. Spartalılar və romalılar həm vətəndaşların əməllərinin, həm də yedikləri yeməyin ölçüsündə olmasını tələb edirdilər.
Qonaqpərvərlik insanın nəcib hisslərindən biridir. Qonağa həmişə hörmət etməklə bərabər onun yeməklə təmin olunması vacibdir. Bu hissin özü çətinliyi başa düşmək və qarşılıqlı köməyin vacibliyini dərk etməkdən doğur.
L.Morqan irokez hindularının qonaqpərvərliyindən
< 1 2 3 4 5 6 7 8 >
« Əvvəlki (2535 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:39
Reytinq: 7
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Süfrə başında Etik qaydalar
Ana Sehife
Saytda: 24 & 69 Qaydalar
comp WEB Versiya