logo beyaz
Blog - Süfrə başında Etik qaydalar
Blog | Admin | Süfrə başında Etik qaydalar
fikir mübadiləsinə və əhval-ruhiyyəsinin yaxşılaşmasına səbəb olurdu.
Qədim yunanlar təklikdə yeməyi xoşlamaz və süfrədə dostların, tanışların olmasına çalışardılar. Plutarxa görə «təklikdə nahar nahar yox, yemlənməkdir». İmkanlı yunanlar naharda müxtəlif yeməklər yeyər, üstündən şərab içərdilər. Naharı maraqlı söhbətlər müşayiət edərdi. Qədim Romada da birgə yeməyi xoşlardılar. Romalılar yeməyi yumurta ilə başlayıb alma ilə bitirərdilər.
Süfrə qaydalarının yaranıb möhkəmlənməsində ərəblərin böyük xidməti olmuşdur.
XIII əsrdə məşhur Xacə Nəsrəddin Tusi (1201-1274) süfrədə şəxsin özünü aparmaq qaydalarından ətraflı bəhs etmiş, otuz beşə yaxın qaydaya riayət etməyi məsləhət görmüşdür.
IX əsrdə İspaniyanın Kordova şəhərində yaşamış Ziryab adlı məşhur musiqiçi və xanəndə gənclik illərində Bağdadda «1001 gecə»nin əsas qəhrəmanı Harun-əl-Rəşidə qulluq edərmiş. Deyilənə görə o, ziyafət zamanı xörəklərin süfrəyə verilmə qaydasını müəyyən edərmiş. Ziryaba görə süfrəyə əvvəl şorbalar, sonra ətdən hazırlanmış xörəklər, daha sonra hər cür ədviyyatla hazırlanmış quş əti, axırda isə şirniyyat verilməlidir. Demək olar ki, biz indi də bu qaydalara riayət edirik.
İbtidai insanların yeməyi rejimsiz olmuşdur. Bəzən bollu qida tapıb günlərlə qarın dolusu yemiş, bəzən də qıtlıq çəkib ölümlə çarpışmışlar. Hazırda yer üzərində xalqların əksəriyyəti gün ərzində iki-üç dəfə yemək yeyir.
Müasir dövrdə qida qəbulu rejimi (yəni gündə üç dəfə yemək) mədəniyyətin və sənayenin inkişafı ilə bağlıdır. İntizamlı əmək intizamlı yemək tələb edir. Gecə vaxtı mədə-bağırsaq sistemi fəaliyyətdə olduğundan gündüz qəbul edilmiş qidanın hamısı həzm olunur. Orqanizm öz gücünü saxlamaq üçün yenidən qida tələb edir, bu hal səhərlər baş verir. Gecə yatarkən mədənin boş qalmaması və bədənin zəifləməməsi üçün qida axşam yatmazdan bir az əvvəl qəbul edilməlidir.
Yaşamaq uğrunda mübarizə ibtidai insanı gündə iki dəfə — səhər və axşam yaxşı qidalanmağa vadar edirdi. Lakin həyat şəraitinin və tərzinin yaxşılaşması nəticəsində onlar gün ərzində üç dəfə qida qəbul edə bilirdilər.
Qidanın səmərəli qəbul edilməsi haqqında Manu qanunlarında belə qeydlərə rast gəlirik: «Doyduğundan artıq, lap ertə və lap gec çörək yemə». İnsanların qida rejiminə yaşadıqları mühitin iqliminin də təsiri böyükdür. İsti havada böyük
< 1 2 3 4 5 .. 8 >
« Əvvəlki (2535 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:39
Reytinq: 7
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Süfrə başında Etik qaydalar
Ana Sehife
Saytda: 6 & 77 Qaydalar
comp WEB Versiya