logo beyaz
Blog - insanliği Qoruyun
Blog | Mutlu^Umutlu | insanliği Qoruyun
Qəlbinin qapısın sən aç taybatay
İnsanlar üzünə, qəlblər gözünə.
Özündən böyüyü, həm kiçiyi say,
Baxma naxələfin nadan sözünə.

Birinin səhvini filə döndərib
Ötürmə dillərdən-dillərə əzbər.
Onu şad qəlbinə vurduğun zədə
Göydən yerə çaxar, əridər, əzər.

Yalanlar, böhtanlar ilanlarını
Dolama günahsız insan boynuna.
Allah uydurduğun yalanlarını
Hərləyib-fırlayıb tökər qoynuna.

Ləzzət al birinin dirçəlməsindən.
Qəlbinin qapısın qıfılla möhkəm –
Sevinmə kiminsə kiçilməsindən,
Buraxma şeytanı göstərə ötkəm!

Öyünmə vəzifən, izzətin ilə,
Vəzifə, şan-şöhrət köçəri quşdur.
Öyün insanlığın, sənətin ilə,
İnsanlıq, əqidə daim qalmışdır!
« Əvvəlki (2557 - 8032) Növbəti »
Yaradıldı: 11 Iyun 2018 Saat 09:37
Reytinq: 8
[ 2] [ 0]
Şərhlər
Blog | Mutlu^Umutlu | insanliği Qoruyun
Ana Sehife
Saytda: 20 & 162 Qaydalar
comp WEB Versiya