logo beyaz
Blog - iblis...
Blog | Afrodita | iblis...
İblis! O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə,hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə,kaşanədə,viranədə İblis!
Həp Kəbədə,bütxanədə,meyxanədə İblis!
Hər kəs bəni dinlər,fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən bəslər ədavət.
Lakin bəni təhqir edən ey əbləhü miskin!
Olduqca müsəllət sana,bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də,əmin ol sizə rəhbərlik edən var:
Qan püskürən,atəş savuran kinli krallar,
Şahlar,ulu xaqanlar,o çılğın dərəbəklər.
Altun və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər,o hər an
Məzhəb çıxaran,yol ayıran xadimi-ədyan:
Onlarda bütün fitnəvü şər,zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar,əvət onlar sizi çeynətməyə kafi,
Kafi,sizi qəhr etməyə,məhv etməyə kafi.
Bən tərk edərim sizləri əlan,nəmə lazım!
Heçdən gələrək heçliyə olmaqdayım azim.

İblis nədir?-Cümlə xəyanətlərə bais..Ya hərkəsə xain olan insan nədir?-İBLİS!
« Əvvəlki (2571 - 8032) Növbəti »
Yaradıldı: 29 May 2018 Saat 00:05
Reytinq: 8
[ 0] [ 1]
Şərhlər
Blog | Afrodita | iblis...
Ana Sehife
Saytda: 17 & 239 Qaydalar
comp WEB Versiya