logo beyaz
Blog - Bəzən susmaq lazım gəlir...
Blog | Suyun_Sesi | Bəzən susmaq lazım gəlir...
Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün... Bəzən xatırlamaq lazım gəlir xatırlanmaq üçün... Bəzən kimisə qəsdən itirərik , tapılaq deyə... Bəzən ağlamaq lazım gəlir, rahatlamaq üçün... Bəzən susmaq lazım gəlir, eşitmək üçün.... Bəzən var gücünlə çığırmaq lazım gəlir, eşidilmən üçün.... Bəzən insanların verə bilmədiyi rahatlığı, musiqilər verir insana.... Bəzənsə rahatlığın heç nə olduğunu belə anlamış olmarıq.... Bəzən bir insanı böyük səhvlərinə baxmayaraq çox sevirik, amma kiçik səhvlərinə görə də nifrət edirik.... Bəzən insan bütün həyatı boyu axtarır, bəzənsə axtardığını bir gündə tapır.... Bəzən biz gözləyirik, bəzənsə kimisə bizi gözləməyə vadar edirik.... Bəzən içimizdəki bütün küskünlük və incikliyimizi bildirmək üçün sevdiyimizə ən acı və incidici kəlmələri deyərik... Bəzən sırf o, incidilmənin və sarsılmanın nə olduğunu anlasın deyə ən ağır zərbəylə vurarıq onu... Bəzən kimisə qarşılayırıq, elə bilirik ki, həmişəlikdir.... Amma ayrılanda başa düşürük ki, bu, belə də olmalıdır.... Bəzən insanın ən böyük səhvi üzünə gülən hərkəsi özü kimi bilməsidir.... Bəzən bəzi insanlara onların nə qədər önəmsiz olduqlarını hiss etdirmək lazım gəlir... Bəzənsə yolunda fədakarlıq etdiyin, canından çox sevdiyin anlamaz səninçün nə qədər dəyərli olduğunu....Və ya bu dəyəri önəmsəməz.... Bəzənsə sahib olduğumuz tək şey, gözəl günlərə olan inancımız olur... Bəzən də bu inancdan da əlini üzənlər olur..
« Əvvəlki (2625 - 8032) Növbəti »
Yaradıldı: 27 Mart 2018 Saat 15:41
Reytinq: 8
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Yalnız dostlar şərh yaza bilər!
Geri
Ana Sehife
Saytda: 19 & 105 Qaydalar
comp WEB Versiya