logo beyaz
Blog - AllAH
Blog | Mutlu^Umutlu | AllAH
[b]Uyduqca şeytana qəhr olur insan,
kim kömək edəcək atəşə yansan...
Yalnız o vaxt xilas olacaqsan ki,
özünü,özünü günahkar sansan!...
^
Dərd dolu dünyada yaşayırıq biz,
qəm ilə doludur yenə könlümüz...
Arzular ürəkdə boğulub qalır,
beləcə baş alıb gedir ömrümüz...
^
Dünya dərd üstündə qurulub sanki,
əzab öz qoynuna alıb hər kəsi...
Qəm-kədər bollaşıb,çoxalıb çəki,
bircə xoş təbəssüm-hamının bəsi!...
^
Uymasın dünyada heç kəs nəfsinə,
getməsin yaşamaq-qalmaq bəhsinə...
Yol necə başlayıb?...Qurtarar necə?...
deyəsən,fırlanır Yer də tərsinə!...[b]
« Əvvəlki (3484 - 8032) Növbəti »
Yaradıldı: 3 Sentyabr 2017 Saat 14:30
Reytinq: 7
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Mutlu^Umutlu | AllAH
Ana Sehife
Saytda: 18 & 119 Qaydalar
comp WEB Versiya