logo beyaz
Blog - ......
Blog | __PiSkoPaT___AwiQ__ | ......
Mobil telefon zəng çaldı.Oğlan
telefonun ekranına baxdı.Bu onun
nömrəsi idi.Özünü ələ alaraq o
telefonu açıb cavab verdi:
-Allo.
Cavab verən olmadı.Amma telefondan
gələn səsdən o başa düşdü ki, qız
yüksək sürətlə maşınla gedir.Qəflətən
sakitliyi qızın səsi pozdu:
-Salam.
-Salam.Amma mənə elə gəlir ki,sənə
bu nömrəyə daha zəng etməməyi
tapşırmışdım.-oğlan könülsüz halda
cavab verdi.
-Bilirəm,yadımdadır.Sadəcə zəng etdim
deyim ki,səni çox sevirəm....Və sənsiz
mənə heç nə lazım
deyil.İstəyirdim,bunları biləsən.Amma
artıq bunların nə mənası var ki....onun
səsi birdən kəsildi və oğlan başa düşdü
ki,qız ağlayır.
-Sən indi hardasan? ? oğlan bunu
soruşanda artıq çox narahat idi.Saata
baxdı. Gecə ikiyə az qalırdı.
-Mən yoldayam.Hələ ki...
-Evə getsən yaxşı olar.Bu saatda belə
vəziyyətdə maşın sürməyini istəmirəm.
-Mən isə evə getmək
istəmirəm.Ümumiyyətlə,mən sənsiz
heç nə istəmirəm.Mənə sənsiz heç nə
maraqlı gəlmir.Mən zəng etdim
ki,sənin son dəfə səsini eşidim və
səninlə vidalaşım.Əgər bu vaxta qədər
nə isə səhv etmişəmsə məni
bağışla.Özünü heç nədə günahkar
bilmə.Eşidirsən?!
-Sən harasa gedirsən?
-Bəli,gedirəm.Ömürlük...
-Oğlan çarpayıdan cəld ayağa
qalxıb,qışqırdı:Sən nə etmək
fikrindəsən?Ağlını başına topla.Əgər
istəyirsənsə biz hər şeyi yenidən
başlaya bilərik.İstəyirsənsə,indi bu
dəqiqə mən sənin yanına
gələrəm.Amma xahiş edirəm məni tək
qoyma.
Telefonda uğultu səsi eşidildi.Telefon
artıq çoxdan qoyulmuşdu.Oğlan qızın
nömrəsini yığdı.Amma cavab verən yox
idi.O,çarpayıya uzanıb ağlamağa
başladı.Bir az sonra o, gözlərini açıb
telefonu əlinə götürdü.Qəbul edilən
zənglərin siyahısına baxdı.Amma qızın
zəngi yox idi.
-Bəlkə bu zəng heç olmayıb?!Bəlkə
bunlar mənim gözümün qabağına
gəlib?!
Oglan cəld qızın nömrəsini yığdı.
-Allo,-yuxulu vəziyyətdə qız cavab
verdi.
-Səni yuxudan oyatmadım?
-Oyatdın.Amma eybi yoxdur.Nə olub?
Niyə mənə zəng etmisən?Axı məncə
biz ayrılmışdıq.
-Mən səndən üzr istəyirəm.Bəlkə biz
hər şeyi yenidən başlayaq?
« Əvvəlki (3608 - 8032) Növbəti »
Yaradıldı: 21 Avqust 2017 Saat 20:33
Reytinq: 17
[ 4] [ 0]
Şərhlər
Blog | __PiSkoPaT___AwiQ__ | ......
Ana Sehife
Saytda: 12 & 145 Qaydalar
comp WEB Versiya