logo beyaz
Blog - NARGIN
Blog | Nargin | NARGIN
Biz əlifbanı sevgi məktubunu yazmaq üçün oyrənmişdik bunu 3cü sinifdə oxuyanda anladım dəftərimdən qopardığım qoşa vərəqə 2söz yazmışdım sənin adın+mənim adım rəsm dərsində ox sancılmış ürək çəkirdik bayraq və gerb əvəzinə körpə qəlbimiz öz sümük beşiyində yenicə qiğildayirdi onda hələ öyrənməmişdik rəqəmlərin yalnız əskinaz olduğunu Onda bilmirdik ki dördbucaq çəkə bilməyən dostumuz dörd divara duşəcək.Bilmirdik ki ampermetrdən 5 alan qiz cərəyandan öləcək bilmirdik ki ən dəhşətli hiperbola Anamizin əllərindəki qirişiqlar olacaq Bilmirdik hərşey boş coxluqdur, bu yaddaş kitabçasinda adam öz əllərini unudur yaxin otr bir az etiraf edəcəm yaxin otr əziz müəlliməm.Azərbaycan dili dərsində unutmaq felini şəxsə və kəmiyyətə görə dəyişirdik və mən həmişə 1ci şəxsin təkində yalan danışırdım çünki mən unutmamişdim.İngilis dili dərsində başa düşdüm ki məhəbbətin dili olmur aclığın irqi olmadığı kimi.Yusaq da parta örtümüyûzü saxlaya bilmədik həyatin çirklənməsindən Biologiya bizdən Gizlətmişdi ki gözlərin 2funksiyasi var-ağlamaq və danışmaq.Əslində ürəyin dili imiş baxışlar.Onda Tarix Turqut Özal deyildi onda əkiz qüllələr hələ başını aşaği salmamiwdi bircə ümumdünya cazibə qanununu seni qucaqlayanda başa düşdüm Nyutonun başina alma düşməmişdən qabaq sən mənim ürəyimə düşmüşdün bu ilahi cəzbetmə idi.Coğrafiya dərsində bütün yollar sənə gedirdi bütün çaylar sənə axirdi hara dönürdümsə kompasımın əqrəbi yenə də sənə baxırdı.Onda mən bilmirdim ki Yerin Nüvə qatından başqa Nüvə silahı da var.Əziz müəlliməm indi həyat dərsindən kəsr imtahanina gəlmişəm.Dəftərimi yoxlayin davranişima qiymət verin istəyirsiz valideynimi çağırıb iclasda şikayətlənin.Amma xaiş edirəm məndən sevməyi sorşmayın çûnki sevmək yadimnan cixib evdə qalıb...
« Əvvəlki (3617 - 8032) Növbəti »
Yaradıldı: 20 Avqust 2017 Saat 13:28
Reytinq: 5
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Nargin | NARGIN
Ana Sehife
Saytda: 32 & 225 Qaydalar
comp WEB Versiya