logo beyaz
Blog - Sevgi ve zaman
Blog | седой | Sevgi ve zaman
Sevgi və Zaman
Bir vaXtlar, bütün duyğuların yaşadığı
bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur,
Sevgi və başqa bütün duyğular. Bir gün,
adanın batmaqda olduğu duyğulara
xəbər verilir. Bu xəbərdən sonra bütün
duyğular adanı tərk etmək üçün
hazırlaşır. Sevgi adada ən sona qalan
duyğu olur, çünki mümkün olan ən son
ana qədər gözləmək istəyir. Ada batdığı
zaman Sevgi kömək istəməyə qərar
verir. Zənginlik, çox böyük bir gəminin
içində Sevginin yanından keçir. Sevgi
— Zənginlik, məni də yanına
alarsanmı? deyə soruşur. Zənginlik
— Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və
gümüş var, sənin üçün yer yoxdur. deyir.
Sevgi, çox gözəl bir yelkənli gəminin
içindəki Paxılı görüb kömək istəyir.
— Paxıl, nə olar mənə kömək et !
— Sənə kömək edə bilmərəm, Sevgi.
İslaqsan və yelkənləri məhv edə
bilərsən. deyə cavab verir.
Kədər yaxınlıqdan keçir və Sevgi kömək
istəyir.
— Kədər, səninlə gəlim ?
– Of, Sevgi o qədər kədərliyəm ki, tək
qalmağa ehtiyacım var. deyə Kədər
dillənir.
Xoşbəxtlik də Sevginin yanından keçir. O
qədər xoşbəxt olur ki, Sevginin səsini
eşitmir.
Sevgi birdən bir səs eşidir.
— Gəl Sevgi! Səni yanımda apararam.
Sevgi o qədər xoşbəxt olur ki, onu
kömək edənin kimliyini öyrənməyi
unudur. Yeni bir adaya çatdıqlarında,
Sevgi ona kömək edənə nə qədər borclu
olduğunu anlayır. Digər duyğulardan
soruşur.
— Mənə kömək edən kim idi?
— O, Zaman idi. deyə cavab alır.
– Zamanmı? Niyə mənə kömək etdi ki?”
deyə Sevgi soruşur. Aldığı cavabsa çox
sadə olur.
– Çünki yalnız Zaman Sevginin nə qədər
böyük olduğunu anlaya bilər….
« Əvvəlki (4251 - 8032) Növbəti »
Yaradıldı: 9 May 2017 Saat 16:34
Reytinq: 13
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | Sevgi ve zaman
Ana Sehife
Saytda: 19 & 117 Qaydalar
comp WEB Versiya