logo beyaz
Blog - Allahım
Blog | Mutlu^Umutlu | Allahım
Bağışlayan Rəbbim..
Mərhəmətlilərin mərhəmətlisi Allahım..
Rəhm edən, Rəhman, Rəhmli Allahım...!
Biz bəndələrin o qədər nankoruq ki.. Yalnız çətinliyə düşəndə səni xatırlayar, səndən kömək umarıq. Allahım, yenə Sənin köməyinə ehtiyacım var. Sənə sığınıram, Sənə güvənirəm, Səndən kömək umuram, Rəbbim.. Bilirəm ki Səndən başqa heç kim kömək etməz mənə, sənin kimi heç kim başa düşməz məni..
Mübarək ayda sənə yalvarıram Rəbbim.. Səsimi eşit, dualarımı qəbul et, istəklərimin həyata keçməsində mənə yardımçı ol. Bildiyim, bilmədiyim, bilərək etdiyim, bilməyərək etdiyim bütün günah səhvlərimə görə Bağışla Məni Rəbbim.. Çox səhvlər etmişəm bilirəm, amma mənim bilməyib də sənin bildiyin o qədər günahlarım var ki.. Heç bir şey səndən gizli deyildir, hər şey sənə məlum, hər şey sənə aşkardır. Allahım, sənə aşkar olan bütün günah səhvlərimə görə bağışla məni Rəbbim..
Allahım... Günah və səhvlərimə görə, yalan və böhtanlarıma görə, haqsızlıqlarıma, ciddi və ya zarafatla dediyim günah və səhvlərimə görə bağışla məni Rəbbim. Bu qüsurların məndə olduğunu etiraf edirəm! Sevilən, seçilən bəndələrindən et məni. Yaxşı insan olmağımçün mənə kömək ol!
Ailəmdən ruzi bərəkətini əskik etmə. Allahım əlimi açıb səndən kömək umuram və sənə yalvarıram Rəbbim.. İnşaAllah bu Mübarək ayda səsimi eşidib dualarımı, orucumu qəbul edərsən və İnşaAllah bütün günah səhvlərimə görə məni bağışlayarsan.. Amin!
Əgər sənə sırf cəhənnəm qorxusu ilə yalvarıramsa məni ora nəsib eylə, əgər sırf Cənnətə düşmək eşqiylə sənə dua edirəmsə məni ordan məhrum eylə.
« Əvvəlki (4285 - 8033) Növbəti »
Yaradıldı: 5 May 2017 Saat 14:38
Reytinq: 10
[ 2] [ 1]
Şərhlər
Blog | Mutlu^Umutlu | Allahım
Ana Sehife
Saytda: 17 & 80 Qaydalar
comp WEB Versiya