logo beyaz
Blog - __________
Blog | _KaYiP_PrEnSeS_ | __________
Bilirsiz necədi, zaman keçər, ay,gün yada il, insan soyuyar hərşeydən..Alışar insan gedən birinin yoxluğuna, onu onsuz sevməyə hər gecə onun əvəzinə şəkilini öpməyə sonra beş dəqiqəlik səs qeydinə saatlarca qulağ asmağa alışar, hər oxuduğun kitabda tərk edən insanı o sanarsan..Ən çoxda musiqiyə aşiq olar insan..Ona deyə bilmədiyin, içində səni yeyib bitirən sözləri deyər sənə..Hər gecə bir - ki damcı intihar edər gözlərindən amma istəməzsən gəlsin "o" İstəməzsən gəlsin çünki yoxluğuna sarılmağı ondan üstün tutarsan. Nə də olmasa o tərk etməz səni, tənha qoymaz, hər gecə ağlamağına səbəb olmaz..
Onun yoxluğuna alışdıqca insanlardan uzaqlaşarsan..Artıq heçnə əvvəlki kimi olmaz, sanki həyatdan doymuş kimi olarsan.. Yaşamayanlar anlamaz, bilməzlər saçlarının qoxusuna həsrət qalmağı, Bilməzlər onlar.
Hər şeyi unuttum,bitdi artıq birdə ağlamayacam deyərsən..Qarşına onunla etdiyin xatirələrindən biri çıxar, gözlərin dolar, əllərin tərləyər. Mən necə izah edim sizə?Necə başa salım ki? Onun üzümə təbəssüm etdiyi günü xoşbəxt olub, gün boyu güldüyümü..Yaza - yaza bitirə bilmərəm onu. Bitməz mənim ona olan sevgim. Kəpənəyin yaşamağı sevməyi kimi sevdim mən..
« Əvvəlki (4338 - 8032) Növbəti »
Yaradıldı: 25 Aprel 2017 Saat 15:13
Reytinq: 3
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | __________
Ana Sehife
Saytda: 11 & 172 Qaydalar
comp WEB Versiya