logo beyaz
Blog - Sensizem
Blog | `_TaTLi_NeZRiN_` | Sensizem
Sən heç gecələr ağladınmı?
Yalnızlığa,
Onsuzluğa,
Yoxsuzluğa,
Ayları il etdinmi?
Bir gecədə?
Sən heç ümidləndinmi?
Göz yaşına,söz yasina
Yeri gəlsə başqasına.
Unuttunmu sən bizi?
Sevgimizi...
Sevirdikmi bir birimizi?
Sənin kimi eləmədim,
İçmədim,
İçəmmədim,
Sevəmmedim.
Ayları yoxa saydım.
Getdiyin o gündə qaldım.
Heç yatmadım,
Oyanmadım.
Sən heç ölməy istədinmi?
Gecələrcə ac - acına.
Ovuc - ovuc dərmanlarla
Əzrayılı gözlədinmi?
Zədələnmiş sevgimizin izi qalsın istədinmi?
Sən mənim tək yorulmadın.
Mən sənin tək başqası ilə ovunmadım.
Mən sirr tutdum ikimizi.
İkimizi.
İkimizdən birimizi...
Sən heç özlədinmi?
Gözlədinmi?
Dözmədinmi?
Kimə dəyişdin ki məni ?
Dəyərdimi?
Dəydimi?
Getdiyinə,sevdiyinə?
Dəydimi,
Əlin - əlinə?
Sən heç dərk etmək nədir bildinmi?
Ummadığın bir insandan,
Canından,
Yaxınından.
Gözləməzkən o zərbəni yedinmi?
Yerimdə olmağ heç istədinmi?
İstədinmi?
Bezməzdinmi?
Sən heç həm sevgi,
Həm nifret bəslədinmi?
Vecimə deyil deyib,
Getsin deyib,bitsin deyib,
İtsin deyib,
Arxasıyca çox şey edib,
İçdən - içə gözlədinmi?
« Əvvəlki (4344 - 8032) Növbəti »
Yaradıldı: 23 Aprel 2017 Saat 14:14
Reytinq: 5
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | `_TaTLi_NeZRiN_` | Sensizem
Ana Sehife
Saytda: 3 & 193 Qaydalar
comp WEB Versiya