logo beyaz
Blog - Ananin qizin ad gunu
Blog | KOBUD_CENAB | Ananin qizin ad gunu
Taksiyə qadın oturdu, əlində böyük
gül buketi,
paltarının ətəyini həyəcanlı bir
şəkildə toplamağa
çalışırdı, həyəcanlı idi.
- Zəhmət olmasa bir az tez,
gecikirəm!
- Yəqin ki, qonaqlıga gedirsiniz.
- Bəli, qızımın ad günüdür. Bu gün
onun 25 yaşı tamam olur. O saat
15:00-da məni gözləyir.
Saat 14:40 idi.
- Onda tez gedək, gecikməmək
üçün, ünvanı
deyin...
- Burda, uzaqda deyil, şimal
qəbristanlığına, zəhmət
olmasa - dedi, sürücüyə kədər və
göz yaşları ilə dolu gözlərlə baxdı.
O qadına baxdı, amma heç nə
demədi. Qadın isə az
qala ağlayaraq danışmağa davam
edirdi:
- Başa düşürsünüz, mənim qızım bir
ay əvvəl məni
tək buraxdı, dünən isə mənə zəng
edib deyir: "
Ana, əgər mənim üçün bu qədər
darıxırsansa, günorta saat üçdə
mənim yanıma gəl, oturarıq,
söhbət edərik"
Qadının sifətində titrək gülüş
yarandı..
- O məni gözləyir!
Hava çox isti idi, hər yerdə tıxac var
idi.
- Qorxuram ki, çatmayaq - deyə
sürücü dilləndi. - Heç nə olmaz,
burda yaxındadır, piyada gedərəm.
O cəld addımlarla çıxdı,qəbirstanlıq
tərəfə yollandı
və döngədə gözdən itdi.
Maşınların hərəkəti bərpa olundu və
taksist yoluna
davam etdi.
Həmin döngə tərəfə gedərkən
sürücü, ona tanış olan gülləri yola
səpilmiş vəziyyətdə gördü.
Dəhşətli qəza baş vermişdi, həmin
qadın qəzada
ölmüşdü. Bircə külək onun saçlarını
və əlində qalan
gülləri tərpədirdi.
Sürücü saata baxdı: 15:00 ...
O vaxtında çatmışdı..(c).
®
« Əvvəlki (4475 - 8032) Növbəti »
Yaradıldı: 24 Mart 2017 Saat 18:27
Reytinq: 9
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | KOBUD_CENAB | Ananin qizin ad gunu
Ana Sehife
Saytda: 20 & 118 Qaydalar
comp WEB Versiya