sevmək-sevilmək deməkdir.
• Sevmək, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir yerdir. Elə bir yer ki bütün həqiqətlər, bütün dünya silinər. Nə Ondan başa düşməsini gözləyərsən, nə də onu başa düşməyi. Nə onun gəlməsini gözləyərsən, nə də onun Leyli, Məcnun olmağını. Gözlədiyin başqa bir şey yoxdur sevə bilməyi bacarmaqdan başqa.
• Sevmək sevgililərin heç bir sözünə üzülməməyi öyrənmək deməkdir.
• Sevmək sevgilidən gələn „öl“ əmrinə belə „ölərəm“ deyə bilməkdir. Sevmək öz əlləri ilə ürəyini bir bıçağın ucuna qoya bilməkdir.
• Sevmək ölməkdir.
• Sevmək, ölməyi bilməkdir.
• Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma artıq onun bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir!
• Sevmək, tükənməkdir. Sevməkdən ölərkən təkrar yaşaya bilməkdir.
• Sevmək, sevgilinin baxan gözlərinə baxa bilməməkdir. Ağlayan gözlərə nəzakət və təbəssümlə qarşılıq verə bilməkdir.
• Sevmək, sevgili olmaqdır. Sevgilinin üzündəki gülüş olmaqdır. Onu yaşadacaq bir damla su olmaqdır.
• Sevmək sevgilinin limanı olmaqdır.
• Sevmək sevdiyinin canı olmaqdır. Onun ölümü istəyə bilməyəcəyi canı olmaqdır.
• Sevmək alov olmaqdır. Yanmaqdır, kül olmaqdır.
• Sevmək inanmaqdır.
• Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır sevmək.
• Sevmək, yalansız bir həyat, ölümsüz bir dünyadır. Sevmək, ilk insanın, Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir.
• Sevmək, gözyaşı olmaqdır, yağan yağış olmaqdır. Bir payız mövsümünün sarı yarpağı kimi yalnız olmamaqdır.
• Sevgilisiz ikən sevgilini sevməkdir.
• Sevmək, üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir.
• Sevmək, sevgiliylə hər şeyə dözə bilməkdir. Sevmək, sevgilinin olduğu cəhənnəmə getməkdir. Sevgilinin olmadığı Cənnətə də getməməkdir.
• Sevmək, sevgilini cənnət eləməkdir.
• Sevmək bir olmaqdır.
• Sevmək yaşamaqdır.
• Sevmək bir başqasının həyatını yaşamaqdır.
• Sevmək sevilməyə layiq olmaqdır.
• Sevmək sevgilinin baxdığı yerdə, susduğu yerdə olmaqdır.
• Sevmək sevgilisiz keçən gecələrdən sabaha çıxa bilməkdir.
• Sevmək SEVMƏK olmaqdır.
• EŞQ olmaqdır.
• EŞQ bir dəfə sevməkdir.
• Və ən nəhayət sevmək sevginin özü olmaqdır.
egər bir həyat vardırsa sevgisiz o həyatda mən yaşamaram.
Yaradıldı: 18 Mart 2017 Saat 09:12
Reytinq: 23
[ 3] [ 0]
__D[a]RK_ST[o]RY__ (6 May 2017 Saat 20:52)
Dostluqdan niye cixardin Fatownan tek elaqem sizsiniz
Gold_Story (27 Aprel 2017 Saat 10:42)
Menem Amirdi buna yaz o nikin parolun unutmuwam
Zaur_Dayı (18 Mart 2017 Saat 14:20)
_LoVE_PiNK_, İNŞALLAH.canım. Allah özü kömək olsun bizlərə. Allah səni arzuna çatdırsın.amin
_LoVE_PiNK_ (18 Mart 2017 Saat 14:14)
Friends, əlbətdə,inşallah yaxşı olar həyatımızdakı hər sey
Zaur_Dayı (18 Mart 2017 Saat 14:10)
_LoVE_PiNK_, Sevmək gözəldir. Sevilməl ondanda gözəldir
_LoVE_PiNK_ (18 Mart 2017 Saat 14:08)
Friends, bəzən öz özümə deyirəm görəsən düzmü edirəm,ama sonra deyirem duz yalnış sevirem
Zaur_Dayı (18 Mart 2017 Saat 14:06)
_LoVE_PiNK_, əgər bir həyat vardısa mən o həyatda sevgisiz yaşamaram.! Bir həyat var o sevgidə var və sən yaşayacan.
_LoVE_PiNK_ (18 Mart 2017 Saat 14:04)
Friends, son cümləni yaz görüm oxumusan)))
Zaur_Dayı (18 Mart 2017 Saat 14:01)
_LoVE_PiNK_, bəli oxudum
_LoVE_PiNK_ (18 Mart 2017 Saat 14:00)
Friends, ama bu çox uzundu səbr lazımdır oxumaqa,oxudun sona qədər?
Zaur_Dayı (18 Mart 2017 Saat 13:58)
_LoVE_PiNK_, olsun uzun oxuduqca. Oxumaq istər insan
_LoVE_PiNK_ (18 Mart 2017 Saat 13:54)
biraz uzundu ama ,həqiqətəndə elədi sevgi çətinliyi sevmeydi eslinde
Zaur_Dayı (18 Mart 2017 Saat 13:52)
__CeNNeT_MeLeYi__, Düzdü mələyim
Mutlu^Umutlu (18 Mart 2017 Saat 13:20)
Friends, Mencede sozun bitdiyi duyguların danışdığı yer.
Zaur_Dayı (18 Mart 2017 Saat 12:28)
Həqiqətən elədir əzizim
super yazmısan canım söz tapa bilmirəm sənə.