logo beyaz
Blog - Kasibin 8 Marti
Blog | KOBUD_CENAB | Kasibin 8 Marti
Bu gün 8 martdır sənin bayramın
Nə hədiyyə alım bilmirəm canım
Azı bir dəstə gül, bir qutu parfum
Düzü heç onada çatmır imkanım.
Bəlkə kontur alım 2 manatlıq
Balansını artır, hə nə deyirsən?
Əslində məndən çox sənə
lazımdır
Onsuzda çox vaxtı sən zəng
edirsən.
Qabarlı əlləri fəhlə cibimə
Saldım 3-cə manat birdə
xırdavat
Birdə metro kartım onuda
satsam
Nə almaq olarki, cəmi at.
Fikirləş ey beyin bir variant tap
Biyabır eləmə məni bu gündə
Aha deyəsən tapdım, kitaylar
ucuz
Duxular satırlar dalanda-tində.
Bəlkə onlardan alım başqa
çarəm yox
Kasıbçılıq edib üzümü qara
Hamı öz yarına qızılgül alır
Al-əlvan boyanıb baxırsan hara.
Gedib yaxınlaşdım çiçək satana
8-manatada qızılgül olar?
Qoy məndə yarıma gül
bagışlayım
Qiymətin bir azca ucuz et nə
olar.
Beləcə kor peşman gəzəndə
gözlər
Düz yanımdan ötən qıza sataşdi
Sanki səhv salmışdı təbiət şehi
Əlində qızılgül gözləri yaşlı.
O nədən ağlayır,nədən üzgündü
Bu işə biganə qala bilmirəm
Hədiyyəsidə var bəyaz
qızılgüldü
Hansiki mən indi ala bilmirəm.
Əlləriylə əzib ağ ləçəkləri
Atdı ayağımın yanına düşdü
Mənim həsrət ilə baxdığım gülə
Kimi qaşın çatdı,kimi gülüşdü.
Üzüb bir xanımın qelbini sonra
Bahali hədiyyə etmək əbəsdi
Hədiyyə istəmir xanımlar bizdən
Sevib sevilməkdə onlara bəsdi.
Ordan uzaqlaşdım əlim cibimdə
Fikirdə vermədim heç
hədiyyəyə
Göruşə tələsdim bu bayram
günü
Amma hər şeydən çox onu
görməyə.
Bayramın mübarək ay ömrüm
günüm
Gözlərdə təbəssüm əlimdə
Nərgiz
Bundan daha gözəl hədiyyə
varmı?
Sevdalı baxışlar səzsiz-səmirsiz!
« Əvvəlki (4515 - 8032) Növbəti »
Yaradıldı: 8 Mart 2017 Saat 09:59
Reytinq: 14
[ 3] [ 0]
Şərhlər
Blog | KOBUD_CENAB | Kasibin 8 Marti
Ana Sehife
Saytda: 16 & 160 Qaydalar
comp WEB Versiya