logo beyaz
Blog - Ayriliq
Blog | Mutlu^Umutlu | Ayriliq
Ayrılıq yamandır, dözmək də olmur,
Bu dərdi kimləsə bölmək də olmur,
Süni gülüşlərlə yaşasam belə
Yalandan xoşbəxtəm demək də olmur!
*****
Nə vaxtsa ürəkdə bitsə də sözüm,
Yenə də lal olub, susub yaşaram.
Axan şəlaləyə dönsə də gözüm,
Ətrafa sevincli gözlə baxaram!
*****
Ayrılıq od olub düşdü canıma,
Yerimi başqası mütləq tutacaq.
Qəmginlik dost olub gəldi yanıma,
Xoşbəxtlik qapımı bir yad açacaq!
*****
Tək qalıb özümlə qaranlıqda mən,
Zamanla kədəri unudacağam.
Kövrək gözlərimi görməsin deyə,
Yaşları gözümdə qurudacağam!
*****
Günlər gələcəkdir, günlərdən gözəl,
O gözəl günləri bəlkə görmədim.
İllər dəyişəcək, illərdən gözəl,
Ayrılıb həyatdan bəlkə görmədim!?...
« Əvvəlki (4521 - 8032) Növbəti »
Yaradıldı: 7 Mart 2017 Saat 11:55
Reytinq: 25
[ 8] [ 0]
Şərhlər
Blog | Mutlu^Umutlu | Ayriliq
Ana Sehife
Saytda: 12 & 143 Qaydalar
comp WEB Versiya