logo beyaz
Blog - oxumaqa deyer
Blog | VeziYYeT_Fovqalade | oxumaqa deyer
Həyatını günahlarla doldurmuş bir adam, yağışlı
və palçıqlı bir gündə ayağı sürüşür və yerə yıxılır.
Yıxılan zaman üstündəki paltarları çirklənməsin
deyə əlləri ilə yerdən tutur və ayağa qalxır.Yerdən
tutuduğu üçün sağ əli daha çox çirklənmişdi.
Amma bu bədəvi və mədəniyyəti olmayan biri,
əlini yumaq yerinə, bir yerə silməyi üstün tutur.
Siləcək bir yeri olmadığından, həmin anda yoldan
keçən bir uşağın başını oxşayaraq əlini silir və
ordan ayrılar. Bu hərəkətdən uşağın xəbəri belə
olmur. Adam qısa bir müddət sonra günahlarına
tövbə edəcək fürsət belə tapmamış vəfat edir.
Getdiyi yer mələklər tərəfindən göstəriləcəyi
Daman çox qorxur, çünki həyatı büs-bütün
günahlarla dolu idi. Cəhənnəmi gözləyərkən
həmin anda mələklər ona cənnət bağçalarından
bir bağça göstərirlər. Adam çaşıb qalır və bu
qədər günahı olduğu bir halda necə olur ki, Allah
ona cənnəti bəxş edir? O quluma söyləyin, bir
gün əli palçığa bulaşdığında, o, əlini silmək üçün
bir uşağın başını oxşamışdı. Etdiyi hərəkət yalnış
olsa belə, o uşaq yetim idi. Kimsə ona yaxınlaşıb
başını oxşamamışdı. O qulum pis niyyətli olsa da,
o yetimi o qədər sevindirdi ki; mən də, o, gözəl
yetim qulumun hörmətinə, o, günhkar qulumu
bağışladım. Peyğəmbərimizdən bir hədis:«Kim
məhəbbətlə əlini bir yetimin başına çəksə, Allah
qiyamət günü yetimin başındakı tükün sayı
qədər ona nur bağışlayacaq»
« Əvvəlki (4542 - 8032) Növbəti »
Yaradıldı: 2 Mart 2017 Saat 19:14
Reytinq: 13
[ 2] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Yalnız dostlar şərh yaza bilər!
Geri
Ana Sehife
Saytda: 27 & 201 Qaydalar
comp WEB Versiya