logo beyaz
Blog - ILK ve sOn
Blog | | ILK ve sOn
Bizim vaxtimizda `samokat` var idi, mehlede `7 şüşə`, `11 tuş`, `ortada qaldi` oynayardiq.. `gizlenqaç` oynayardiq.. məhləyə `marojna`, `xoruz`, `kukruz` satan dayday gələndə ona ən bahali pivə butulkasi verib barter edərdik.. bizim dildə `dünya çempionatina` bərabər olan `məhlə - məhləyə` futbol var idi həyəcanla oyunu gözləyirdik ve sanki məhlə qəhrəmani kimi oyuna çixaraq `şot 10dandi` deyib, axirda da 2 qol artirardiq bizim uşaqligimiz əvəzolunmaz idi ve pulla alinmaz idi... bunu indiki usaqlar bilməz..! Uşaqlıq deyib keçməyin biz o zamanlar çox şey öyrənmişik. - Tom & Jerry cizgi filminin bitdiyi tam zənn edərkən, yenidən nərildəyən şiri görmək bizi həyatın xoş surprizlərinə hazırladı. - “Tapança-tapança” oynayardıq və heç zaman da bir-birimizə ölmədiyimizi, güllənin yan keçdiyini sübut edə bilməzdik. Bu bizə düşüncələrimiz uğruna mübarizə aparmağı öyrətdi. - Məhəllə futbolunda topu uzağa vurdunsa, ya da qonşunun həyətinə düşdüsə sən gedib gətirməli idin, beləliklə etdiyimiz səhvlərin nəticələrinə qatlanmağı öyrəndik. - Soyuducunun işiğının nə zaman söndüyünü araşdırmağa başladıq, bu bizə kəşf etməyi öyrətdi. - “Alma desəm çıxarsan, armud desəm çıxmazsan” gizlənqaç oynundakı bu söhbət bizə ortaq sirləri öyrətdi. - Günəbaxan tumlarının bir miqdarını çırtlayıb kənara yığıb sonra hamısını birdən yemək bizə hər əziyyətin sonunda sürəcəyimiz keyfi öyrətdi. - Top çiləmək oyununda qarşı tərəfə “fora” vermək bizə zəifləri əzməməyi, onlara güzəştə getməyi öyrətdi. - Oyunlar oynarkən oynadığımız əşyaların sahibləri inciyərlərdisə oyun bitərdi. Bu bizə imkanın verdiyi səlahiyyətləri göstərdi...
indiki uşaqlar bilməz...
« Əvvəlki (4563 - 8033) Növbəti »
Yaradıldı: 23 Fevral 2017 Saat 22:32
Reytinq: 22
[ 3] [ 1]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | ILK ve sOn
Ana Sehife
Saytda: 20 & 86 Qaydalar
comp WEB Versiya