logo beyaz
Blog - Qəmli sevgi hekayesi
Blog | _LoVE_PiNK_ | Qəmli sevgi hekayesi
zərfi açdı. İçindən ağ bir kağıza yazılmış bir məktub çıxdı. Qəlbi daha güclü döyünməyə başladı. Çünki sevdiyi oğlanın qoxusu var idi bu məktubda. Başı gicəllənməyə başladı. Gedib yavaşca divanda oturdu. Kağızı açdı və əlləri titrəyərək oxumağa başladı. Sevdiyi oğlan məktubda belə yazmışdı:
Sevgilim səndən ayrılandan sonra bir ürəyə iki sevginin sığmayacağını başa düşdüm. Səndən sonra nə birini sevdim nə də birinə baxdım. Sadəcə həmişə səni sevdim. Sənsiz günlərimin hər biri o birindən daha çətin keçirdi. Hər gün daha çox darıxırdım. Sənə bir kitab şer yazdım. Hər gün yazdım, hər gün oxudum illərcə ağladım. Hər gecə səhərə qədər səni düşündüm. Hər gecə sənin yanında olmağı istədim və hər gecə sənsizliyə lənət etdim. Yuxuları haram etdim özümə. Sənsizliyin acığın gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Bunu fürsət hesab etməyib özümə haqsızlıq edə bilmədim. Və bu fürsət məni səndən çox uzaqlara apardı. Mən səndən çox uzaqlara getdim, bəlkə səni unudaram dedim. Amma tam tərsi oldu. Səndən uzaqlardaydım, amma səni görmək üçün uzaqlardan səni görməyə gəlirdim. Həmdə hər gecə gəlirdim. Gəlib sənə baxırdım, səni sevirəm və əyilib hər gecə yanağından öpürdüm. Sən isə hər gecə gözlərini açıb baxarkən gəldiyimi zənn edirdin. Amma məni görməyib təkrarən yuxuya dalırdın. Sabah bir-birimizi sevməyimizin altıncı il dönümüdür. Həmişə mən gəldim sənin yanına sabah da sən gəl sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum. Amma birdə unutmamış deyim ki, sinəndə daşıdığın mənim qəlbimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbinin içində. Gələndə qızıl gülü də yaddan çıxarma. Səni sevirəm yanıma gələnə qədər də sevəcəm sevgilim...
Bu sözləri oxuyandan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi oğlana aid olduğunu və cərrahiyyə əməliyyatından çıxanda gördüyü üzü bağlı cansız gəncin öz ürəyini qıza verən sevgilisi olduğunu başa düşdü. Elə həmin vaxt qız ölüm yuxusuna getdi. Amma
< 1 2 3 4 >
« Əvvəlki (4581 - 8032) Növbəti »
Yaradıldı: 17 Fevral 2017 Saat 11:09
Reytinq: 16
[ 3] [ 0]
Şərhlər
< 1 2
Blog | _LoVE_PiNK_ | Qəmli sevgi hekayesi
Ana Sehife
Saytda: 19 & 204 Qaydalar
comp WEB Versiya